Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

❝ Tərk edilmək-Tərk etmək ❞

Ayrılıq döyər bəzən qapılarımızı…
Bir zamanlar Meydana gətirdiyimiz "biz" in əvəzini artıq sən mən tutar…

Var olan iki ayrı qütbdür olarıq artıq…
Ya "imtina edən" olarıq bu ayrılıqda..
Ya da " imtina edilən"…

Bir seçimdir imtina etmək..
Gedərək bir daha geri dönməməyi gözə alaraq imtana edərsiniz…
Bir zamanlar meydana gətirdiyiniz "biz"dən özünüzü ayırarsınız.

Həyata başqa bir yerdən başqa bir nöqtədən başlamaqdır imtina etmək…
Yenidən başlamaqdır..
Sabah Və sabaha aid ümidlər vardır önünüzdə…

Çıxılmazlıqdır imtina edilən olmaq…
Gedən getmişdir ardında boşluğunu buraxaraq…
Və siz tənha qalansınız.

Çətindir imtina edilən olmaq…
Bir yoxluğun acısını ürəyinizdə an ba an daşımaqdır…
İmtina edəndən geriyə qalan tənhalığı daşımaqdır….

Səssizliyi heç bir səslə doldura bilməməkdir…
Suallarla daha da qaralıb uzanan gecələrdir…

Dağılmaq parçalanmaqdır tərk edilən olmaq…
Unutmaq üçün zamana ümid bağlamaqdır…

Ayrılıq hər zaman çətin olur.
İstər tərk edən ol İstər tərk edilən.

Bəs siz necə düşünürsünüz tərk edilmək çətindir yaxud tərk etmək?


Tarix: 27.01.2015 / 11:37 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Sevgi şerləri
loading...