Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Goz Yashlari....

Üz tutub məhəbbət nəğmələrinə,
bu qız həzin-həzin ağladı birdən...
Dünyaya qəm doldu,qəm axdı yenə,
bu qızın yaş dolu təbəssümündən!...

Kimsə dillənmədi,hamı görsə də,
göz yaşı,elə bil,döndü nəğməyə...
Məhəbbət çox zaman əzab versə də,
hər ürək dil açar yenə"Sev,"-deyə!...

Ürəklər sirrini gizləyə bilməz,
danışır,sirr açır yaş dolu gözlər...
Yolu gözlənilən bəs niyə gəlməz?!
Gözləyən dözümlü,yenə də gözlər!...

Gödüm göz yaşını,dəyişdi halım,
qəlbimə məhəbbət nəğməsi doldu...
İlləri aşaraq uçan xəyalım,
bir gizli sevdanın qonağı oldu!...

Ruhumu apardı yenə qoynuna,
ağ donlu,ağ rəngli qoca məhəbbət!...
Məni də almışdı bir vaxt qoynuna,
istəkli,ilhamlı uca məhəbbət!...

Məhəbbət çağlasa ürəyimizdə,
yolları-izləri bağlayacaqdır!...
Biz xəlvət ağlarıq ürəyimizdə,
bu qızın gözləri ağlayacaqdır!...

Sanki yaz yağışı yağır dəryaya,
yaşlı gözlərindən baxır təbəssüm...
Onun baxışından qoca dünyaya,
Günəşin nurutək axır təbəssüm!.

Bu qızın gözləri işıq paylayar,
dalacaq sevdaya şux baxışları...
Duyacaq,onu bir nəğmə haylayır,
axacaq gözündən sevgi yaşları!...

Dünya boyanacaq eşqin nuruna,
Günəşə dönəcək yaşlı baxışlar...
Bu qızın gündüzki göz yaşlarına
gecə cavab oldu leysan yağışlar!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi şerləri
loading...