Sevmə Məni...!!!
Səndən əvvəl kimlər olub - bilirsən?
Bilirsənmi neçə qızın ahıyam?
Bilməz nədir: ürəyim qəm, gözüm nəm,
Mən çoxdanın ayrılıqlar şahıyam.
Məni kimlər qarğışlayıb - bilirsən?
Bilirsənmi neçə ürək daş olub?
Neçə qızın daşa dəyib sevgisi,
Neçəsinin gül yanağı yaş olub?
Nə qədər göz yollarıma dikilib,
Nə qədər qız yol gözləyib - yorulub?
Bilirsənmi, səndən əvvəl neçəsi
Məni sevib, sevib, sevib yorulub?
Sən də onlardan birisən - bilirsən?
Məni sevdin axı nəyçün və niyə?
İstəyirsən mənimçün öl - inan ki,
Şah olandan inanmıram sevgiyə.
Mənimki vaxt keçirməkdi - bilirsən,
Bilirsənmi neçə vaxtdı daşam mən?
Mən çoxdanın ayrılıqlar şahıyam,
Eşqə dolu, ayrılığa boşam mən.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Sevgi şerləri
loading...