Mənim sənə sevgim fəsillər kimi
Mən dünya, sən günəş, cazibəndəyəm.
Baharım, həm yayım, payızım, qışım
Sənin təsirinlə dəyişilirəm.
Adını kimdənsə duyduğum zaman
Qaranquş qəlbimə yuvasın qurur.
Üzünü görəndə günəşim çıxır,
Gülüşün ilk fəslim, baharım olur.
Sənin qarşındaca buz tutmuş qəlbim
Uca dağda qar tək əriyib axır.
Yatmış ağac kimi çiçək açıram
Günəşim ömrümü yandırıb yaxır.
Elə ki, yuxuma xəlvət girirsən,
Məni ürəyinə məlhəm bilirsən.
Elə o andaca yayı duyuram
Uzanmış budağam, meyvə verirsən.
Bir gün gəlir yenə səni görürəm
Üzündə səbəbsiz nifrət yaranır.
Sınır qol-budağım, bu son baharım
Göydən yağış yağır, mənlə ağlayır.
Günlərlə üzünə həsrət qalıram
Bəzən bu ayrılıq aylarla sürür.
İntizar soyuğu çovğun tək vurur
Qışı duyur ömrüm, işığım sönür.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 183 Bölmə: Sevgi şerləri