Murad sahilində,təlaşa düşdüm..
Ümüdüm gəlmədi arzularımla,
Təlaşın içində,yaman düşündüm,
Düşüncəm yol açdı,belə suala..
Sulara açıldım,bitsin bu sual,
Dərdlər okeandır,ya sadə dəniz,?
Gördüyüm önündə,susub oldum lal,
Dərdlər okeandır,özü də,səssiz…
Sulara açılıb,lal olduğum an,
Dinməyəm dərdlərim,sakit sanılmış,
Dərdlərə ad verdim,”Sakit okean”,
Onu da,kəşf edən,səyyah yanılmış…
Dəli tufanından coşan dalğalar,
Batırmış ümüdüm üzən gəmini,
Məni tufanıyla,lal edən sular,
Üstündə tutmuşdu yelkənlərini…
Okean deyərək yanılmamışam..
Mən dayaz bilirdim,sadə dənizi..
Axı sularının dərinliyində,
Batan ümüdümün görünmür izi..
Ümüdüm gəmidə,tufansız zaman,
Saf arzularımla,çatmış murada,
Batmış ümüd-arzum,üst-üstə gəlmiş,
Mərcan adası tək,yaratmış ada….
Tarix: 26.12.2014 / 12:19 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Sevgi şerləri