Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölersem Sevgilim Bağişla Meni

Mənim fəsillərim payızdı qışdı
Gün çıxmır ömrümə yağan yağışdı
Qoyma bu boranla yağışla məni
Ölərsəm sevgilim bağışla məni
Tək səni görürəm hər gün röyada
Demədim dərdimi nə dosta yada
Olmadıq bircə gün xoşbəxt dünyada
Ölərsəm sevgilim bağışla məni
Kədərlə, əzabla keçir hər günüm
Dayanıb nəfəsim çatır ölümüm
Bu gun talehimdə mənim son günüm
Ölərsəm sevgilim bağışla məni..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi şerləri
loading...