TALEHIMIN TALEYI
Eşitdim ki, qorxurmurşsan keçmişinlə üzləşməkdən.
Qorxmurmuşsan taleyinin üzərinə sözləşməkdən.
Əbəs qorxdun.
Qorxulmalı daha böyük nəsnələr var.
Bir gün səni mənsizlikdə suçlayacaq kimsələr var.
Qorxmalıydın diz üstündə o kəsdiyin duz çörəkdən.
Düz çörəkdən.
Allahının qarşısında ümid verib, and içərək söz verməkdən.
Qorxmalıydın, etdiyinin öz qarşına çıxmağından.
Öz əlinlə öz evini öz başına yıxmağından.
Qorxmalıydın qabar əlli o ananı incitməkdən.
Qorxmalıydın sənin üçün hər şeyindən keçmiş olan,
Bir insanı incitməkdən.
İçindəki vicdanını incitməkdən.
Yaşayırmı o içində?
Bu güman da deyil axı.
Qorxma daha nə olsan da.
Bu dünyada insanların hamısı da
SƏn vicdanda deyil axı....
___taleh
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi şerləri
loading...