Səni Sevirəm
Çünki hər səhər oyandığımda bir günü daha Səninlə keçirəcəyimin xoşbəxtliyini yaşadırsan mənə. Mən günə Səninlə başlayıram və hər gün həyatı yenidən kəşf edirəm.
Səni Sevirəm
Çünki göy qurşağının hər rəngini kölgədə buraxan ən parlaq rəngsən. Hər şey Sənin rəngini daşıyır. Və mənim üçün həyat ancaq o zaman mənalı olur.
Səni Sevirəm
Çünki soyuq günlərdə içimi isidən nəfəssən, isti günlərdə isə sərinlik gətirən mehsən. İliklərimə işləyərək əsirsən.
Səni Sevirəm
Çünki hər şeydə Sən varsan. Necə olmayacaqsan ki?!... Sanki Sən doğulduğum andan bəri içimdəsən, ürəyimin ən dərin yerindəsən. Sanki bir gün ordan çıxmaq üçün məni gözləyirdin. Və mən... orda olduğunu anladığımda Səni layiq olduğun yerə çıxardım.
Səni Sevirəm
Çünki hər zaman mənimləsən. Səni görə bilməyim üçün üzünə baxmaq gərəkmir. Gözlərimi yumsam ordasan.
Səni Sevirəm
Çünki gözlərinin içindəki minlərcə ulduz gecənin qaranlığını dəlib keçir. Sən mənə baxdığın zaman mən özümü ulduzlara baxarmış kimi hiss edirəm. O ulduzların parıltısında itirirəm özümü. Gözlərim qamaşır, amma halımdan şikayətçi deyıləm. Günəş doğmasa, ulduzlar yox olmasa deyirəm... Amma bilirəm ki, günəşim də Sən olacaqsan gecənin sonunda. Daha parlaq, daha aydın çıxacaqsan qarşıma.
Səni Sevirəm...
Çünki saçlarn əllərimin arasında axdıqca dünyadakı cənnəti tapmış kimi hiss edirəm özümü. Və bilirəm ki, sadəcə Sənin istədiklərin girə bilər o cənnətə. Mən qərarlıyam o cənnətdə qalmağa.
Səni Sevirəm...
Çünki hər gülümsəyişin içimə yenidən yaşama sevinci verir. Hər gülümsəyişin umudsuzluğu parçalayır.Bir çiçək baxçasına çevirir bu mənasız dünyanı.
Çiçək demişkən, bir çiçək adı versəydim Sənə- çobanyastığı olardı. İnsanlara baharın gəldiyini müjdələyən çobanyastığı. İddiasız amma gözəl, gözəl amma yalansız.
Səni Sevirəm...
Çünki Səni sevməyi, Sənə toxunmağı, Səni dinləməyi, Sənə baxmağı, Səninlə paylaşmağı sevirəm. Səninlə yaşanıla biləcək nə varsa hamısını sevirəm.
Səni sevdiyimi anlatmağa çalışarkən nə qədər aciz olduğumu da görürəm. Hər kəlmədən sonra durub təkrar-təkrar düşünürəm. Səni sevdiyimi yetəri qədər anlada bildimmi deyə. Bilirəm ki, yetməyəcə. Bu qədər kəlmədən sonra belə Sənə sevgimi anlada bilməmiş olacam.
Sözlərin bitdiyi yerdə gözlərimə bax. Onlar bu sevgiyi daha yaxşı anladacaqlar Sənə.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 487 Bölmə: Sevgi şerləri