Men Xeyanet Eyledikce...
Mən xəyanət eylədikcə
Sənə özgə qucaqlarda.
Sən yashatdın sevgimizi
Məndən gizli, uzaqlarda.
Mən xəyanət eylədikcə
Həm özümə həm də sənə
Öz ozümə özgə oldum
Səni verdim özgəsinə.
Deyirdik ki, zaman ilə
Hər şey keçər, yalan oldu
Necə vardı qaldı hər şey
Keçən yalnız zaman oldu.
Sən mən olma, belə saf qal
Günahlarla bölüşməyək
Mən bacarmadım sən bacar
Cəhənnəmdə görüşməyək!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi şerləri
loading...