Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UNUDAM GEREK....

Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!

Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Sevgi şerləri
loading...