Diz çöküb yalvarıb,keçmişə ağla....
Qəlbində məzarın,üstünü bağla
Puç olmuş xəyalı,sinənə dağla...
Mən zaman olmuşam,dönmərəm daha..!!
Məhəbbət evini yoxla,sorağ et...
Qəlbinin qapısın bağla,otağ et
Bir kiçik dünya qur,eşqə qonağ et....
Mən zaman olmuşam,dönmərəm daha..!!
Bu sevgi ölübdü,verərsən ehsan....
Əl çatmaz sevgini,itirdin asan
Gözündən axan yaş,olsada leysan...
Mən zaman olmuşam,dönmərəm daha..!!
Ağlayıb kədərli,gözlərl ə baxma....
Bir şirin sevgi tək,könlümə axma
Bağlanmış sevginin,yoluna çıxma....
Mən zaman olmuşam,dönmərəm daha..!!
Qəlbinin olacaq,sakini həsrət....
Həsrətdən donacaq,isti məhəbbət
Esil sevenine ,vermədin qiymət...
Mən zaman olmuşam,dönmərəm daha..!!
Yar səni sevəni,vermisən bada....
Sevginin qayığı,batıb dəryada
Xatırla sen onu otur sal yada.....
Mən zaman olmuşam,dönmərəm daha..!!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Sevgi şerləri