Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menim Ucun

Mənim üçün Sevgi,
Gözlərinə baxıb "səninəm"sözünü oxumaqdır.

Mənim üçün Dostluq,
Tərəflərin tam səmimi fikirlərini düşündüyü anda söyləyə bilən,onun da sənin kimi düşündüyünü bildiyin biridir.
Mənim üçün Səmimiyyət,
Həyat səhnəsində və səhnə arxasında da özü kimi olandır.
Mənim üçün Hörmət,
Öz qərarlarını verməyin üçün hər zaman yanında olub,səhv etdiyində əlindən möhkəmcə tutub sənə dəstək olandır.
Mənim üçün Xoşbəxtlik,
Allahın aynası ola bilməkdir.Sahib olduqlarımıza sevinib şükr etmək sahib olmadıqlarımızı düşünməməkdir.
Mənim üçün Güvənmək,
Kiməsə güvənmək ikinci sənini tapmaq deməkdir.Əslində çoxlarının sahib olmadığı bir hissdir.Güvənmək üçün sevmək,sevmək üçünsə saf təmiz ürəyə sahib olmaq lazımdır.
Mənim üçün Qaçmaq,
"Sənə ehtiyacım var" deyib ona qaçmaqdır.
Mənim üçün Həsrət,
Ya əlçatmaz olan ,ya da əlində olmayandır .Həsrət sevgidir eyni zamanda kədərin də özüdür.
Mənim üçün Nifrət,
İçindəki sevgiyə məğlub olmaqdır. Çünki elə sevirsən ki, nifrət edərkən belə onu nə qədər sevdiyini göstərirsən.İçində sevgisi olmayan bir insanın nifrətidə olmaz.Hər nifrətin bir səbəbi olur ancaq hər sevginin bir səbəbi olmur...
Mənim üçün Ümid,
Hər şeyini itirdiyin anda səninlə olan,onu itirdiyin anda isə həyatın bir mənası olmayandır.
Mənim üçün Həqiqət,
Dürüst və cəsur olandır.Həqiqət insanların görmədiyi və ya qəbul etmədiyi səhvlərdir.Həqiqəti qəbul etmək çətin olsa da, bəlkə də qəbul etməyi asanlaşdıran amillərdən biridir.
Mənim üçün Yalan,
Onun olmasını istəmədiyimiz amma onsuz da olmayan bir şeydir. Yalan nə qədər sürətli olsada həqiqət gecdə olsa gəlib onu keçər


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi şerləri
loading...