Bir ümüddən min budağam
Bircə közdən od ocağam
Demişdim ki bu dünyada
Tək səninçün olacağam
Tükənməzəm, bölünməzəm
Gömülməzəm!
Qəlbi qırıq...
Bilə bilə, gorə görə
Döndü ürək qəsdinə
Yaraşmadım qəlbinə
Gecə gəldi!...
Qaranlığı bildi keçdi
Ürəyimə gələn yolu
İzləriylə sildi keçdi
İstəmədi məndən izn
Dözüb durdum!
Süründükcə dizin dizin
Yazılmadım mən əhdinə,
Heyhat!
Yaraşmadım qəlbinə
Gözlərimə girdi deyə ağlamadım
Ürəyimə düşdü deye bağırmadım
Sözlərimə küsdü deyə çağırmadım
Susdum qaldım
Xəbərini, ətərini,
Gendən aldım
Yandım odsuz, ocaqsız
And vermedim onu bəxtsiz eşqimə
Yaraşmadım qəlbinə
Yaralandı xəyalımda
Sözlərinin xatirəsi
Səltənəti,mərhəməti
Abidəsi,
Biganədir bunca ürək cəhdinə
Yaraşmadım qəlbinə
Yaraşmadım qəlbinə!...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi şerləri