Gedirsen Get...
QoŞa yollarımız bura qədərmiŞ
SusmuŞ dodaqımda donub son vida
Sənə qal deməyim demə hədərmiŞ
Gedirsən get, nə deyirəm ƏLVIDA
Illər xəyal edər bu həqiqəti
Sənə unutdurar dərdi möhnəti
Ömürlük pay verib mənə həsrəti
Gedirsən get, nə deyirəm ƏLVIDA
Bu imiŞ eŞqinin axır qərarı
Qırıldı sevgimin o Şax vüqarı
Ömrümə qıŞ edib yazı baharı
Gedirsən get, nə deyirəm ƏLVIDA
Həyat üzərimə acı selləmiŞ
Həsrətin asanı demə dilləmiŞ
Vüsal ürəyimi sevindirməmiŞ
Gedirsən get, nə deyirəm ƏLVIDA
Son vida qar olub dondu telimdə
"Əlvida” söylədim döndü dilimdə
Əksini qoyaraq bəbəklərimdə
Gedirsen get, nə deyirəm ƏLVIDA
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri
loading...