Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxunma Elime

Toxunma əlimə günahın çoxdur, Gözümdə tikanlı məftil kimisən Sənin gözlərində həqiqət yoxdur, Kiminlə dəyişdin bir bax, kimi sən? Daha xoş gəlməz o nəvaziş mənə, Dolaşma başımda dumanlar kimi Bədbəxt, yaltaqlıqda yaraşmır sənə Dəyiş danışdığın yalanlar kimi Qanına it qanı qatılıb inan Xəmirin haramlıq zaddan tutulub Namusdan, qeyrətdən, ardan
uzaqsan Mənliyin ayaqlar altda atılıb O necə ürəkdi, o necə qəlbdi, Kart tək atılıbsan ortaya aşkar Zamanı oyuncaq düşünmə, bəsdir! Oyuna tutublar səni, saxtakar. Böylə yaşamağa dəyərmi söylə? Sən bu təbiətlə hara gedərsən Quzu cildində dişi canavar Qarşın alınmasa nələr edərsən!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi şerləri
loading...