Sevəndə o kəsi sev ki, ürəyim,
O, mənim həyatda olsun gərəyim,
Bilmirəm, bu sözü deyim, deməyim,
Ürək, bir də sevmə mənim
yerimə!...
Sən sevdin, nə olsun, sonu nə oldu?
Gözlərim hey yaşla boşaldı, doldu,
Sevmək ayrılığa aparan yoldu,
Ürək, bir də sevmə mənim
yerimə!...
Sevəndə gözümlə sevəcəm daha,
O zaman ümidim olar sabaha,
Daha tapşırıram səni Allaha,
Ürək, bir də sevmə mənim
yerimə!...
Nə eşqə inam var, nə sənə güman,
Sən sevsən, bu dərdə tapılmır
dərman,
Bu gündən könlümə verilir fərman,
Ürək, bir də sevmə mənim
yerimə!...
Sevməkdə bir daha mənə gərəkmə,
Həsrətdən ağlayıb göz yaşı tökmə!
Mən özüm sevərəm, sən zəhmət
çəkmə!
Ürək, bir də sevmə mənim
yerimə!...
Sevəndə həmdəmin olur kədər,
qəm
Sənsən bu dərdlərə dözən, bilirəm,
Çarəm yox, mən sənə əmr
eyləyirəm,
Ürək, bir də sevmə mənim
yerimə!...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi şerləri