Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axi Uzaqdayam... Sene Sozum Var...

Axı uzaqdayam...sənə sözüm var,
Bir yol zəng eləsən axı, nə olar?
Bilmirdim bu qədər dönükmüş üzün,
Bəs sənin heç yoxmu mənə bir sözün?

Boşalmaq istərmi ürək, dolmasa?
Səni tərpətmədi bunca davalar?
Əgər sözün yoxsa... Sən heç olmasa
Soruş, necə keçir burda havalar?!

Dağ seli dağlanar dar dərələrdə,
Düzənə çıxmasa, durula bilməz.
Səni qınamıram, düzü bu yerdə,
Eşqsiz ürəkdə söz ola bilməz.

Necə bacarırsan, necə dözürsən?
Əsəbin, ürəyin de, daşdanmıdır?
Anlaya bilmirəm, damarlarından,
Axan qar suyumu, yoxsa qanmıdır?

Bunu da oxuyub gülərsən yəqin,
Mənəm danlayan da, mənəm sevən də.
Poladdan əsəbin var imiş sənin,
Kaş sənin xislətin olaydı məndə


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri
loading...