Sənin ad günün
Bu gün ad günündür təbrik edirəm
Təbrikim dəvətsiz qonağın olsun
Özüm təbrikinə gələ bilmirəm
Qoy mənsiz həyatin çıraqban olsun.
Bəlkə də yolumu gözləyəcəksən
Zəng vurub səsimi dinləyəcəksən
Mən gəlsəm bəlkə də sevinəcəksən
Gəlməsəm nə olar onu bilmirəm.
Təbriklər olacaq uzun uzadı
Gülümsəyəcəksən kövrək ürəksiz
Yığıb ətrafına qohumu yadı
Bir yaş da böyüdün beləcə mənsiz.
Telefon əlimdə hey düşünürəm
Bəlkə heç gözləmir mənim zəngimi
Nömrəni yığmağa cürət etmirəm
Birdən xatirələr incidər səni.
Ayrılsaq da ömrün boyansın nura
O ölən sevgimiz sınağın olsun
Bu gün ad günündür yazıram bura
Məhəbbət əbədi qonağın olsun.
Tarix: 29.10.2012 / 01:26 Müəllif: [Ram] Baxılıb: 1208 Bölmə: Sevgi şerləri
loading...