Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Neye Deyirsen...

Külek kimi esib keçdin bir anda,
Terk eyledin meni dumanda, qarda,
Qanadlanıb uçub getdin son anda
Sen qanadsız sevgi neye deyirsen?!

Gözlerine hesret qoydun zamanla,
Çox yalvardım - qoy yaşayım gümanla,
Sonda qoydun meni qoca yalanla
Sen yalansız sevgi neye deyirsen?

Her acıya, her kedere dözmüşem,
Sen ocaqsan, mense sönen közmüşem,
Qem yolunda çırpınaraq üzmüşem,
Sen ezabsız sevgi neye deyirsen?!

Bu heyata tek seninçün gelmişem,
Sevgi nedir - senden sonra bilmişem,
Men tek sene sevdiyimi demişem
Sen cavabsız sevgi neye deyirsen?!

Sevinc dedin, öz sevincimi verdim,
Keder dedin - qemi çöllere serdim,
Ürek dedin - "sene qurban" can, - dedim,
Sen deyersiz sevgi neye deyirsen?!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 210 Bölmə: Sevgi şerləri
loading...