Səni Düşünürəm
Gecədir sükuta qərq olub aləm,
Mense yatmamışam oyağam hələ
Səni düşünürəm, səni anıram
Bir əldə kağızdır, bir əldə qələm.
Bu axşam düşmüsən yadıma yaman
Xəyalın gözümün qabağındadır.
Sanki sən getdiyin o andan bəri
Gözlərim yolunun sorağındadır.
Düşünüb, anıram səni hər zaman
Düşür xatirələr yadıma mənim
Yalnız xatirələr yetməyir mənə
Çatmayır onlarda dadıma mənim.
Səni düşünərək bir günüdə mən
Ötürdüm beləcə ömür payımdan.
Mən hələ oyağam səni bilmirəm
Bəlkədə yatmısan sən yatağında.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi şerləri
loading...