Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaytar...

Gedirsən?
Məni ilk gördüyün o yerə qaytar
Hə elə lap qəmlərin ortasına
Gözümdəki selə qaytar.
Qoy boş olsun solum sağım,
Xəzan olsun arzularım,
Ömür bağım.
Yadındamı sənə giley güzar danışdığım
Ahu zarlı dilə qaytar
Qaytar mənim otağımda
Sakit-sakit, mışıl-mışıl uyuyan
Sükunətin damlasını
Üzümdəki gözümdəki kədərləri
Sənsiz görüb fikrə gedən
O düşüncəli aynasını
Qaytar!
Yarımçıq sevinclərimi
Sözümdəki qatar qatar
Nadir nadir incilərimi qaytar!
Dəyişməyən amalımı
Haralardansa boynu bükük
Dönüb gələn etinasiz,
Etirafsiz
Xəyalımı qaytar.
Sabah gəlsin mən gecikim
Gün ötüşsün tələsməyim
Hara getsə dövran, gedim!
Ürəyimdə gizli-gizli nə coşmayım nə əsməyim!
Qaytar mənim saçımdakı
Danələrə vurulduğum o sevdamı
Qaytar mənə o gündəki yalnızlığın qüdrətini
Qəlbim içrə duyğuların, məhəbbətdən danışdığı
O əlçatmaz o mənalı söhbətini
Dayanmasın daha zaman
Sabahıma ümüd dolu gözlə baxam
Qaytar mənim hər addımda
Canım içrə taqətimi
El içində bükülməyən
Qamətimi
o inadkar, o səbəbkar mənə qaytar
Səni götür! Sənə qalsın! Sən ozumu mene qaytar!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi şerləri
loading...