Artiq Icdim Zeheri
Mən qəlbimdən qırılmışam
Məhv olmaqdan yorulmuşam
Bir şeytana vurulmuşam Bu dərdlərin ən betəri
Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəri Bu eşq getməz belə qoşa,
Ömür gedər puça,boşa.
Mən gedirəm rahat yaşa
Aparıram dərd,kədəri
Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəri Bax sevginin cəfasına
Inandım eşq səfasına
Düşdüm ilan yuvasına
Çox gizlətdim bu xəbəri
Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəri Ayrılığın dadı vardı
Tükənməyən odu vardı
Bu gedişin adı vardı
Gedənlərin son səfəri
Artıq içdim bu zəhəri
Tərk edirəm bu şəhəri Həyat etibarın belə,
Həyan belə, arın belə
Sevgi, senin varın belə..
Zəhərin olmur qədəri
Artıq içdim son zəhəri
Tərk edirəm bu şəhəri (Kenan M. M)
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi şerləri
loading...