Mən sənə bəxş etdim sevgi məskəni,
Yenədə günahkar sən bildin məni.
Sən məni unutdun amma mən səni,
Unuda bilmirəm,bilmirəm səni.
Qəlbini başqasıyla ovut dedilər,
Nə badə eşqin yasın tut dedilər.
Sənin yarın deyil unut dedilər,
Unuda bilmirəm,bilmirəm səni.
Məni sürükləyib aparsan belə,
Mənə oxşar birin taparsan belə.
Köksümü bağrımdan qoparsan belə,
Unuda bilmirəm bilmirəm səni.
Ayrıldıq əllərim qaldı boş əldə,
Bir mənə əks olar min bir əməldə.
Əkisini görürəm hərbir gözəldə,
Unuda bilmirəm bilmirəm səni.
Niyə qara geyib görən çəçəklər,
Bir sevgi dəfn edir solğun ləçəklər.
Yarıma söyləsin əsən küləklər,
Unuda bilmirəm,bilmirəm səni.
Çingiz,bu dünyada şair olsa belə,
Dünya bağlı qalan sirr olsa belə,
Yəni iki dünya bir olsa belə,
Unuda bilmirəm,bilmirəm səni.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi şerləri