Ramiz Rövşən. Şam
Füzulinin xatirəsinə
Yüz illərdi bir şam yanır,
Küləklər söndürə bilmir,
Yüzlərlə əllər uzanır,
İşığını dərə bilmir.
Qaranlıqsa solu-sağı,
Yanan şamın nə günahı?!
Əriyir, tökülür yağı,
Ölür, ölür, ölə bilmir.
Gilə-gilə, damla-damla
Günbəgün üzülən canla,
Ağlayır hər ağlayanla,
Hər gülənlə gülə bilmir.
Qızındırır yazıqları,
Qorxuzur yalquzaqları,
İşıqladır uzaqları
Öz dibini görə bilmir...
Tarix: 28.05.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Sevgi şerləri
loading...