Sən mənə gərəksən elə beləcə,
Ömründən ömrümə gün salıb yaşa.
Sənsizlikdə vida desəm həyata
Bu əksimi qoynuna alıb yaşa.
Günahını yuyaram günahımla,
Səni xoşbəxt eyləyərəm ahımla.
Tək qalanda çox oynama ruhumla,
Sən bir həzin xəyala dalıb yaşa.
Olmadım həqiqət, oldum diləyin,
İzi tapılmadı bu bəd kələyin,
Mənsizliyə tab gətirməz ürəyin,
Həsrətimi yarıya bölüb yaşa.
Həsrət olduq çəməndə gül ətrinə,
Qara düşdü bir diləyin sətrinə.
Müqəddəs bil sevgimizin xətrinə,
Məzarıma məzardan gəlib yaşa.
Götür-qoy et, ətrafa bax, əzizim,
Gəl gecələr günəşə çıx, əzizim.
Bu dünyanın vəfası yox, əzizim,
Mənim kimi sən də gəl ölüb, yaşa.
...... dəli olar qapını döyər,
Həsrətin o yerdə qəddini əyər,
Yazıq demə, birdən xətrinə dəyər,
Bircə dəfə Dəlinə gülüb yaşa.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri