Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qelbimi Kor Eden Qaranliqlara

Açılıb yaralar qanayir yene,
Qapanib gözlerim qaranlıqlara.
Sızlayır üreyim, agrıyır niye?!
Deyishib gündüzü qaranlıqlara.

Otağım soyuyub isinmir daha,
Günlerim menasiz, heyat ag-qara.
Düshünceler meni aparır hara,
Üz tutub gedirem qaranlıqlara.

Dostlar, tanıshlar meni anlamır,
Derdiyim güller de solub-saralır.
Susuram dinmirem nitqim daralır,
Ümidim qalıbdır qaranlıqlara.

Gizletmek her sheyi inan cetindir,
Qelbimde yaralar yaman derindir.
Dünya sevenlerin, hesret menimdir,
Sevgimi gömmüshem qaranlıqlara.

Demirem arzularımın hamısı çin olsun,
Sevinclerim sonsuz, keder yox olsun.
Sadece parlayan bir günesh doğsun,
Qelbimi kor eden qaranliqlara.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi şerləri
loading...