Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrilaq

Necə əllərinə toxunsun əlim Bizim taleyimiz ayrılıb gülüm Istəyirsən yenə yanına gəlim Yenə də bir yerdə olaq ayrılaq

Ayrıldıq yenidən qovuşaq niyə Biz ki qoymamışıq onu sərgiyə Bu cür məhəbbətə, bu cür sevgiyə Heyifdi vurmayaq calaq ayrılaq

Nə gərək boş yerə səni gözlədim Çıxım həyatından yox olum gedim Nə sən mənə zəng et, nə mən zəng edim Axırda çarəsiz qalaq ayrılaq

Nə qaldı yadigar qalası bizdən Iki manat sən ver, iki manat mən Son dəfə birləşib kitab evindən Ayrılıq kitabın alaq ayrılaq

Səndən nə gizlədim keçir ömür gün Onsuz biləcəksən hər şeyi özün Gəl belə eliyək ayrılıq günün Mənim toy günümə salaq ayrılaq


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Sevgi şerləri
loading...