Eşqimə xəyanət etdiyin üçün
Qəfildən bir daşa dönəsən ay qız
Sənki məni atdın salmadın yada
Küçədə səkidə qalasan ay qız
Əllərin döyməsin heç vaxt qapını
Həmişə ləkəli görüm adını
Əyninə geydiyin ata malını
Dərman almaq üçün satasan ay qız
Xəstəlik hər zaman olsun sirdaşın
Vərəmin gücündən ağrısın başın
Görüm heç 20-yə çatmasın yaşın
18 yaşında öləsən ay qız
Xəstəlik o saat qonsun canına
Həkimlər düzülsün dörd bir yanına
Sistemlər qoşulsun hər damarına
Həyatda gül kimi solasan ay qız
Birinci xəstəlik gözündən vursun
Çəkilsin qarası suyu qurusun
Əzrayil keçməsin yanında dursun
Arzuna çatmamış öləsən ay qız
Qurd düşsün canına ətin çürüsün
Qürbətdə meydini itlər sürüsün
Qohum əqrəbanı dərd qəm bürüsün
Sevinc yox intizar çəkəsən ay qız
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi şerləri