AYRILIQ HAQDA
Dəniz ən gözəl ayrılıqdır,
durub sahildə
gözlə dönüşləri.
Amma külək qarışdırıb saçlarını,
çırpıb donunun ətəklərini,
alaraq çətirini əllərindən
bağışlayıb sulara çəkilib gedirsə
demək həm də ən böyük sualdır dəniz,
ən kiçik cavabı belə yox.
Dəniz ən dərin ayrılıqmış,
ən dərin ayrılıq…
XATİRƏ NURGUL
Tarix: 26.03.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Sevgi şerləri
loading...