Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlcuqlular

Səlcuqlar və ya Səlcuqoğulları – 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş Böyük Səlcuq İmperiyasını və digər kiçik dövlətləri idarə etmiş sülalə.

Başlanğıc
Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür.

Səlcuqlar Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar.Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər.Daha sonra Van gölü hövzəsi,Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.

Səlcuqlar əvvəlcə,Xorasanda məskunlaşdılar.1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq türk dövləti yarandı.Səlcuğun nəvəsi Toğrul bəy (1040-1063) sultan elan olundu.Səlcuqlar Toğrulun dövründə daha da qüvvətləndilər və 1040-cı ilin mayında Dəndənəkan döyüşündə Qəznəvilər dövlətini məğlub etdilər. Səlcuqlar İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazilərini işğal etmək məqsədilə paytaxtı 1043-cü ildə Nişapurdan Reyə köçürdülər.1048-ci ilin 18 sentyabrında isə Səlcuq-Azərbaycan türkləri birləşmiş Bizans,erməni və gürcü feodallarını darmadağın etdilər.Toğrulun dövründə bütün Xorasan,Xarəzm,Qərbi İran Səlcuq türklərinin hakimiyyəti altına keçdi.Toğrul 1055-ci ildə Bağdad da daxil olmaqla İraqı özünə tabe etdi və Abbasi xilafəti Səlcuqlardan asılı vəziyyətə düşdu.

I Toğruldan sonra hakimiyyətə Alp Arslan (1063-1072) gəldi.Onun əsas məqsədi Anadolunu türk torpaqlarına qatmaq idi.1071-ci ilin avquatunda Malazgird qöyüşündə Səlcuqlar və Bizans ordusu üz-üzə gəldi və bu döyüşdə Səlcuqlar qalib gəldi,Sılcuqlarla Bizans arasında 50 illik müqavilə imzalandı,Şərqi Anadolu torpaqları türklərə verildi.Bu münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırdı.

I Məlikşah ın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Məlikşahın dövründə paytaxt Reydən İsfahan a köçürüldü. Məlikşahın dövründə ticarətin canlanması üçün vahid çəki, ölçü və pul sistemi tətbiq olunmuş, tacirler bəzi rüsumlardan azad edilmişdir.

Səlcuq dövləti I Məlikşahın və Nizamülmülkün ölümündən sonra zəiflədi. Feodalların mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi.Uzun sürən ara müharibələri və İsmaililərin qiyamları dövlətin zəifləməsini daha da gücləndirdi. Sonuncu Səlcuq sultanı Səncərin (1118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu və Səncərdən sonra Böyük Səlcuq imperatorluğu 1157-ci ildə dağıldı. Onun ərazisində Konya, Kirman, Suriya,İraq Səlcuq sultanlıqları, Kiçik Asiya da bir sıra əmirliklər yarandı.


Tarix: 09.02.2015 / 18:01 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Səlcuqlular
loading...