Arslan Yabqu-Səlcuq bəyin oğlu, Oğuz bəyi, sərkərdə.
1025-ci ildə Qaraxanlı Qədir xan və Sultan Mahmud bir araya gələrək, oğuzların Mavarünnəhrdən qovulması barədə razılığa gəldilər. Onların planı əsasında oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı altında Səmərqəndə dəvət edildi. O, Səmərqəndə gələn kimi həbs edildi. Sonra Arslan Yabqunu Hindistana sürgün elədilər. O, bir qalada 7 il həbsdə qaldı və 1032-ci ildə orada vəfat etdi. Bundan sonra başsız qalan oğuzlar (türkmənlər) çöllərə dağıldılar. Ancaq Toğrul bəy və Çağrı bəy çətinliklə onları bir yerə yığa bildilər. Bu arada 4 min oğuz ailəsi qəznəlilərdən icazə alaraq Xorasana getdi. Buradan da onların bir hissəsi İraqa köç edərək orada məskən saldılar.
Tarix: 09.02.2015 / 17:52 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Səlcuqlular