Şimali Suriya vә İraqda hakim olan Türk xanәdanlığı olan Zәngilәr dövlәti, Böyük Səlcuq İmperiyasıın Mosul valisi I İmadəddin Zəngi tәrәfindәn 1127-ci ildә qurulub.
Tarixi
Paytaxtı Hələb olaraq qurulan Zәngilәrin paytaxtı 1154-cü ildәn sonra Dəməşq olub. Zәngilәr xanәdanının banisi Ağsungur, Sәlcuqlu ordusunda bir hәrbçi vә Hәlәbin Sәlcuqlu valisi Tutuşun ata bәyi idi. İraq valiliyinә tәyin olunan İmadәddin Zәngi, 1127-ci ildә Mosul, 1128-ci ildә Hәlәb vә sonra da Suriya şәhәrlәrini әlә keçirib. İmadәddin Zәngi, siyasi bacarığı ilә vә Sәliblәrә qarşı nailiyyәtli mübarizәsilә, Mesopotamiyanı vә Surıyanın böyük bir hissәsini hakimiyyәtinә daxil edib.
İmamәddin Zәnginin oğlu Nurəddin Mahmud Zəngi Suriyada fәth işlәrini başladaraq 1154-cu ildә Dәmәşqi әlә keçirib. Nurәddinin qardaşı Seyfәddin isә 1146-1149-cu illәr arasında Mesopotamiyanı fәth edib. Seyfәddin Zәngi xanәdanın Mosul bölgәsini tәşkil edib vә 1146-1262-ci illәr arasında hakimiyyәtdә olub. Zәngi idarәsini zirvәyә çıxaran şәxs isә Nurәddindir. O, hakimiyәt sahәsini Fatimi Dövlәti idarәsindәki Misirә qәdәr genişlәdib vә ailәnin bütün tayfalarını hakimiyyәtinә daxil edib. Nurәddinin oğlu İsmayil 1174-cü ildә Zәngilәrin xidmәtindә güclәnәn Səlahəddin Əyyubi yә mәğlub olub. Zәngi xanәdanının Sincar qolu 1220-ci ildә, Cәzirә qolu 1250-ci ildә Әyyubilәr Dövlәti vә Mosul qolu isә 1262-ci ildә Elxanlılar dövləti tәrәfindәn aradan qaldırılıb.
Tarix: 09.02.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Səlcuqlular