Nurəddin Mahmud Zəngi (d.1116 - ö.1174) — Zəngilər sülaləsindən olan hökmdar, atabəy.
Həyatı
Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur. 1154-cü ildən Dəməşqin əmiri idi.
Səlahəddin Əyyubi atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədi ilə Şirkuhu Fatimi xəlifəsi əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi. Xəlifənin razılığı ilə Şirkuh öz tabeliyində olan əsgərlərlə Misir üzərinə yürüş etdi. Şirkuh Səlahəddinin yardımı ilə Misir üsyanını yatırdı. Bundan sonra Misirin idarə edilməsi də Şirkuha tapşırıldı. Misir ələ keçiriləndən az sonra Şirkuh vəfat etdi.
Nurəddin Mahmud Zəngi 1174-cü ildə Dəməşq şəhərində vəfat edib.
Tarix: 09.02.2015 / 17:55 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Səlcuqlular