Seyyid Battal Qazi Külliyəsi — Əskişəhərin Seyitqazi ilçəsində, 150 metr hündürlüyündə Üçlər təpəsinin şərqə baxan yamacları üzərində yerləşir. 1207-1208-ci illərdə Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən inşa olunmuşdur.
Seyyid Battal Qaziyə həsr olunaraq tikilmişdir. Anadolunun Bizans İmperiyası tabeliyində olduğu 700-cü illərdə, İslam hələ Anadolu içlərinə yayılmamışdı. İslamı qəbul etmiş olan Əməvilər şərqdən tez-tez Bizansa qarşı Anadolunun içlərinə yürüşlər edərək Anadolunu ələ keçirmək və islamı yaymaq istəyirdilər.
720-740-cı illərdə olan bu yürüşlərdən birində Seyyid Battal Qazi ləqəbi ilə tanınan bu əfsanələşmiş bu Xalq qəhrəmanı bu gün Seyitqazi ilçəsinin yerləşdiyi Məsih qalası kimi tanınan ərazidə 720-ci ildə şəhid olmuşdur. Bizansa qarşı aparılan döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən və İslamiyyətin Anadoluya yayılmasında böyük töhfəsi olan, nəsildən nəslə qəhrəmanlıqı haqqında əfsanələr yayılan Seyyid Battal Qazi adına 1207-1208-ci illərdə Anadolu Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən türbə və məscid tikilmişdir.
Daha sonra Ümmüxan Xatun burada əlavə iki mərtəbəli eyvan şəklində bir türbə inşa etdirmişdir. Osmanlı dövlətinin quruluş və inkişafı dövrlərində bu külliyə halını almışdır. Bugun Fondlar Baş İdarəsinin tabeliyində olan və 1954-cü ilə qədər dağıntılı bir formada olan bu məscid həmin tarixdə yenidən bərpa işləri aparılaraq düzəldilmişdir.
Quraşdırılan işıqlandırma sistemi ilə gecələr işıqlandırılır, təsirli mənzərə, turist və dini məqsədli ziyarətçiləri ilə Seyid Qazi ilçəsinə əlavə canlılıq yaradır.
Tarix: 09.02.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Səlcuqlular