Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Məlikşah

Həyatı
Məlikşah 1055-ci ildə Bəlxdə anadan olub. Atası Alp Arslan Məlikşahın qabiliyyətli bir uşaq olduğunu gördüyünə görə onunla daha yaxından maraqlanmağa başlayib. Elə bu səbəbdən Alpaslan 1072-ci ildə Məlikşahı öz vəliəhdi təyin edib. Beləliklə 1075-ci ldə Alpaslanın ölümündən sonra Məlikşah hökmdar olub. .

Məlikşah taxta çıxdıqdan sonra Qaznelilər və Qaraxanlılar Səlcuq dövlәtinin torpaqalarına hücüm etdi. Başqa bir tərəfdən əmisi Kavurd bəy Səlcuq taxdının həm də onun haqqı olduğu iddasıyla Məlikşaha qarşı üsyan qaldırdı. Kavurdun üsyanı vəzir Nizamülmülk tərəfindən basdırıldı. Məlikşah ordusuyla Qaraxanlılara hücüm etdi və işqal olunmuş torpaqları azad etdi.

Məlikşah 3 dəfə Gürcüstana səfər edərək Gürcü kralına Böyük Səlcuq Dövlətinin hakimiyyətini qəbul etdirdi. Bundan başqa Məlikşah dövründə Səlcuqların sərkərdələri Suriyə, Fələstin və Yəməndə fətihlər həyata keçirdilər.

Abbasi Xəlifəsi 1087-ci ildə Bağdada gələn Məlikşaha müxtəlif hədiyyələr verərək onu şərqin və qərbin sultanı elan etdi.
Yenidən Qaraxanlı hökmdarının Səlcuq torpaqlarına hücumu nəticəsində Məlikşah ordusuyla birgə ilk əvvəl Qərbi Qaraxanlını daha sonra isə Şərqi Qaraxanlını Böyük Səlcuq dövlətinin tərkibinə qatdı.

Beləliklə Böyük Səlcuqların 1085-ci ildə Diyarbəkiri ələ keçirmələri nəticəsində Mərvanilər dövləti süqut etdi. Bir il sonra isə Suriyə səfərinə çıxan Məlikşah Urfa, Menbic və Hələb qalalarından sonra Antalyada Aralıq dənizinə qədər gəldi. Burada namaz qılaraq, Allahına şükür edən Sultan, dəniz sahilindən götürdüyü qumu İrana apararaq, atası Alpaslanın qəbrinə səpərək belə dedi, "Atacan, bax sənə müjdə gətirmişəm. Hələ balaca uşaq olaraq qoyub getdiyin oğlun, Allahın izniylə dünyanı başdan ayağa әlә keçirdi."

Məlikşah dövründə Böyük Səlcuq Dövlətinin sərhədləri Aralıq dənizindən Mərmərə dənizinə kimi oradan Qaşqara, Qaşqardan Yəmənə qədər uzanırdı. Bundan başka Məlikşah elmə və alimlərə çox dəyər vərən bir sultan idi. O, Gazali, Qaşqarlı Mahmud, Ömər Xəyyam kimi alim və şairləri himayə etdi. Bağdadda Sultan Məlikşah mescidini inşa etdirdi. İsfahanda rəsətxana, müxtəlif yerlərdə körpülәr saldırıb, mədrəsələr tikdirdi.

1074-cü ildə qəbul etdiyi Cəlali təqvimiylə, ticarət mallarından alınan vergilərin bəzilərini ləğv etdi. Hәcc yollarında su quyuları qazdırdı və bu yolların təhlükəsizliyini təmin etdirdi.

Sultan Məlikşahin hədəfi Şimali Afrikanı tamamiylə İslam birliyi içinə almaqdı. Ancaq bu əməlinə nail olmadan xəstələnərək 1092-ci ildə bu dünya ilә әbәdilik vidalaşdı.

Sultan Məlikşah iyirmi illik hökmdarlıq dövründə dövlətin sərhədlərini Kaşqardan Qərbi Anadoluya və Qafqazdan Yəmənə qədər genişləndirdi.

O orta boylu, enli kürəkli və ağ üzlü idi. Böyük bir dövlətin hökmdarı olmasına baxmayaraq sakit təbiyyətli idi. Sarayda hər zaman alimlərlə həmsöhbət olur, onların qiymətli fikirlərinə qulaq asırdı.

Məlikşah bütün Səlcuq ölkələrini abadlaşdıraraq, xalqını rifaha qovuşdurdu. Vəzir Nizamülmülk onun haqqında belə deyir: "Məlikşah çox dindardır. Alimlərə hörmət edən, kasıblara yardım edən, xalqına ədalət bəxş edən bir cahan hökmdarıdır"


Tarix: 09.02.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 250 Bölmə: Səlcuqlular
loading...