Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Qılınc Arslan

Həyatı
İkinci Sultan İzzәddin Qılınc Aslan, 1116-cı ildә Konyada dünyaya gәldi. Türkiyәnin dördüncü hökmdarı olan Rum Səlcuqlu dövləti Sultanı Birinci Mәsudun oğludur. Atasının taxda çıxdığı gün dünyaya gәldi vә onun 39 illik sәltәnәti dövründә tәk varis olaraq qaldı vә atası öldükdәn sonra isә sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayәsindә çox yaxşı tәhsil görmüşdü. Kiçik yaşlarından etibarәn döyüş meydanlarında olmuş, savaş sәnәtindә tәcrübә qazanmışdı.

II Qılınc Aslan haqqında mәlumata keçmәzdәn әvvәl bir qәdәr onun yaşadığı dövrә qәdәrki hadisәlәr haqqında sizlәrә qısa mәlumat vermәk istәrdik. Rum Sәlcuqlu dövlәti sәlcuqların Anadoluda qurduğu dövlәtdir. Türklәrin Oğuz tayfalarının Anadoluya yerlәşmәsi 1071-ci ildә baş verәn Malazgirt döyüşündәn sonra sürәtlәndi. Sәlcuq sәrkәrdәsi Qutalmışoğlu Süleyman Şah Anadoludakı fәthlәri qәrbә doğru genişlәndirәrәk, 1075-ci ildә İznik şәhәrini Bizans dövlәtinin әlindәn aldı vә buranı paytaxt seçәrәk müstәqilliyini elan etdi. Belәliklə qurulan Rum Sәlcuqlu dövlәti, son Rum Sәlcuqlu sultanı taxtdan endirilәnә qәdәr, yәni 1308-ci ilә qәdәr varlığını davam etdirdi.

Bizansın sәrhәd qonşusu olan Süleyman Şah bir müddәt sonra bu dövlәtin işlәrinә qarışmağa başladı. 1078-ci ildә Böyük Sәlcuqlu Sultanı Mәlikşah, Anadoluda ayrı bir dövlәt quran I Süleyman Şahın güclәnmәsindәn narahat olmağa başladı. 1078-ci ildә ordusunu Süleyman Şahın üzәrinә göndәrdi. Lakin gözlәdiyi zәfәri qazana bilmәdi. Süleyman Şah, Bizansdakı taxt döyüşlәrindәn faydalanaraq sәrhәdlәrini genişlәndirmәyә başladı. I Süleyman Şah 1082-ci ildә Adana vә Tarsus şәhәrlәriylә birlikdә bütün Kilikya torpaqlarına sahib oldu. 1084-cü ildә dә Antakyanı әlә keçirdi.

Qutalmışoğlu Süleyman Şah 1086-cı ildә Antakya yaxınlarında Suriya Sәlcuqluları dövlәti Sultanı olan Tutuş ilә etdiyi müharibәdә mәğlub olaraq öldü. Biz tarix boyu öz dәyәrlәrimizi mәhv etmәdik? Tariximizdә qardaşın qardaşı qırması ilә bağlı saysız hesabsız faktlar vardır. Bu әrәfәdә Süleyman Şahın iki oğlu, I Qılınc Aslan vә Qulan Aslan Böyük Sәlcuqlu Dövlәti Sultanı Mәlikşahın İsfahandakı sarayında әsir idilәr. Belәliklә Anadoluda hakimiyyәt boşluğu yaranmışdı. Bu boşluqdan istifadә edәn İznik bәyi Әbülqasım Anadolu Sәlcuqlu Dövlәtindә hakimiyyәti әlinә keçirdi. Qardaşı Әbülqazi Hәsәn Bәylә birlikdә Mәrmәrә әtrafında bizanslılarla döyüşәrәk dövlәtin sәrhәdlәrini genişlәndirmәyә başladı.

Sultan Mәlikşah Anadolunu özünә tabe etmәk mәqsәdilә, Urfa әmri Bozanı Әbülqasımın üstünә yolladı. Әmr Bozan İznik şәhәrini mühasirә etsә dә, şәhәri ala bilmәdi. Ancaq Böyük Sәlcuqlu Dövlәti ilә bacara bilmәyәcәyini başa düşәn Әbülqasım qardaşını İznikdә saxlayaraq Mәlikşahla razılaşmaq üçün İsfahana hәrәkәt etdi. Mәlikşah Әbülqasım ilә razılaşmağa yanaşmadı. Әbülqasım İznikә geri dönәrkәn 1092-ci ildә yolda tutularaq edam edildi. Bizim ulu babalarımız әlbir olub böyük qüvvәyә çevrilәcәyinә bir-birlәrini niyә qırıblar bunu başa düşmәk çәtindir..! Әbülqasımın ölümündәn sonra qardaşı Әbülqazi qısa bir müddәt İzniki әlindә saxlamağa davam etdi. Sultanı Mәlikşahın ölümündәn sonra Süleyman Şahın iki oğlu I Qılınc Aslan vә Qulan Aslan İsfahandan buraxıldılar. Әbülqazi İznikә 1092-ci ilin sonlarında çatan I Qılınc Aslana müqavimәt göstәrmәdәn rәhbәrliyi ona tәhvil verdi. Belәliklә Anadolu Sәlcuqlu Dövlәtinin rәhbәrliyi tәkrar Qutalmışoğlu Süleyman Şahın xanәdanına geri dönmüş oldu.

Demәli qardaşlar arasında gedәn döyüşlәrin, tökülәn qanların sәbәbi taxt imiş. I Qılınc Aslan 1092-ci ildә Anadolu Sәlcuqlu dövlәtinin taxtına çıxdı. I Qılınc Aslan, İzmir bölgәsindә getdikcә güclәnәn Çaka adlı Bәyi aradan qaldırdı. Yenә hәmin tarixi xәstәliyimiz yenә özünü büruzә verdi, bir bәyimiz daha aradan götürüldü. Halbuki Çaka Bәy, Türk tarixindә dәniz qüvvәsini yaradan ilk tarixi şәxsiyyətdir, ilk bәydir. Ona arxa olmamız әvәzinә aradan götürürük..! Nә böyük bәdbәxtlikdir bu..! I. Qılınc Aslan Xaçlılar qarşısında mәğlubiyyәtdәn sonra İznik’i tәrk edib Anadolu içәrilәrinә çәkilmәk mәcburiyyәtindә qaldı vә Qonyanı özünə paytaxt etdi. 1100-ci ildә Danişmәndlilәrә mәğlub olan xaçlılar, sonrakı il Anadoluya ikinci bir ordu göndәrdilәr.

Böyük Sәlcuqlu Dövlәtinin taxtını istәyәcәk qәdәr güclәnәn Rum Sәlcuqlu dövlәti 1107-ci ildә Böyük Sәlcuqlu Dövlәtinin hakimiyyәti altında olan Musul üzәrinә sәfәrә çıxdı. Amma Habur Suyu sahilindә Böyük Sәlcuqlu ordusuna mәğlub oldu vә atıyla çayı keçәrkәn boğularaq dünyasını dәyişdi. I Qılınc Aslanın ölümüylә Anadolu Sәlcuqlu Dövlәtinin müstәqilliyi sarsıldı. Anadoluda üstünlüyü Danişmәndlilәr әlә keçirdi.

I Qılınc Aslanın ölümüylə, Anadolu Səlcuqlu taxtı bir müddət boş qaldıqdan sonra, I Qılınc Aslanın oğlu Şahin Şah 1110-cı ildə hakimiyyətə keçdi. Amma qardaşı Rüknəddin Məsud onun sultanlığını tanımadı və Danişməndlilərin köməyilə iqtidarı ələ keçirdi. Tarix boyu qarşımıza çıxan və belimizi sındıran qardaşlararası mübarizə burda da ifritə surətini göstərir. I Rüknəddin Məsud, bir müddət Danişməndlilərin nəzarəti altında qaldı. 1142-ci ildə Danişməndli Məmməd Bəyin ölümündən sonra Anadolu Səlcuqlarının Anadoludakı üstünlüyü yenidən yarandı. Anadolu Səlcuqlu Dövləti 1146-cı ildə Bizans ordusunu Qonya önlərində məğlub etdi. Sonrakı il II-ci Xaçlı ordusunu Əskişəhir yaxınlığında məğrubiyyətə uğratdı. Bilirsiniz ki, səlib yürüşlərinin əsl məqsədi Türkləri Anadolu və yaxın şərqdən çıxarıb məhv etməkdi. I Rüknəddin Məsud ölkəsini üç oğlu arasında bölüşdürdü və II Qılınc Aslanı vəliəhd elan etdi. I Rüknəddin Məsudun 1155-ci ildə dünyasını dəyişməsindən sonra oğulları arasında taxt döyüşləri başlandı. Bu zaman Danişməndlilər, Bizanslılar, Mosul Atabəyi Nurəddin Mahmud Zəngi və Erməni Dərəbəyi Toros birləşərək Anadolu Səlcuqlu Dövlətinə qarşı çıxdılar. II Qılınc Aslan əvvəl Bizansla sülh əldə etməyin yollarını axtardı və İstanbula gedərək müqavilə imzaladı. Daha sonra, qardaşı Şahin Şah ilə Danişməndlilərin birləşmiş ordusunu məğlub etdi. 1175-ci ildə Danişməndlilərin müstəqilliyinə son verildi.

II Qılınc Aslanın hakimiyyəti dövründə üç mühüm hədəfi vardı. Bizansın imperiyasının, Anadolunu Türklərdən geri alaraq gənc Türkiyə dövlətini ortadan qaldırmaq ümidinə sonvermək, bundan başka Xaclı dalğalarını Türkiyə dövlətinin sərhədlərinin kənarında tutmaq və sonuncusu isə özünün tabeliyində olan və Anadoluda yaranmış Türk bəyliklərini öz bayrağı altında birləşdirərək vahid qüvvəyə çevirmək idi.

Bir müddət sonra II Qılınc Aslan ilə Bizans arasındakı sülh pozuldu. Bizanslılar böyük bir orduyla Anadoluya hücum çəkdi. II Qılınc Aslan 1176-cı ildə, Sandıqlı ilə Dayanarın şərqində, Miryakefalon döyüşündə Bizans ordusunu pusquya saldı və ağır bir məğrubiyyətə uğratdı. Bu nəticə, türklərin Anadoluda Bizans qarşısında Malazgirtdən sonrakı ən böyük zəfəri idi. Bu mәğlubiyyәtdən sonra Bizanslılar, türkləri Anadoludan çıxarmaq ümidini tamamilə itirdilər. Bu hamlə II Qılınc Aslanın dövlət idarəçiliyində birinci hədəf idi.

1189-cu ildə artıq qocalan Sultan Qılınc Aslan, Türkiyəni dəhşətli bir Xaçlı ordusuna qarşı müdafiə etmək məcburiyyətində qaldı. İllərdir bu təhlükəni gözlədiyi üçün bütün qüvvəsini Bizansın üzərinə gedərək tükətməmişdi. Çünki babası da, atası Birinci Məsud da səlib yürüşlərinə qarşı Türkiyəni şücaətlə müdafiə etmişdilər. İndi isə II Qılınc Aslan Üçüncü Xaçlı səfərinin qarşısını almalıydı.

II Qılınc Aslan 1186-cı ildə ölkəsini 11 oğlu arasında bölüşdürdü. Özü hələ sağ ikən oğulları arasında, Türk millətinin tarix boyu qənimi kəsilən vəliəhdlik mübarizəsi başladı.

Rum Səlcuqlu dövləti, Avropalıların başlatdıqları Səlib yürüşləri kifayət etmirmiş kimi bir də qardaş vuruşmaları səbəbiylə potensial qüvvələrini ardıcıl olaraq itirdi ve axırda dünyada özünü dəhşət hadisələri ilə göstərən Monqol hakimiyyətinə daxil olmaq məcburiyyətində qaldı. Daha Anadolu əyalətlərini təyin olunmuş valilər idarə etdilər. 1308-ci ildə, son sultan II Məsudun ölümündən sonra isə Anadolu Səlcuq Dövləti ömrünü tamamlayaraq tarixin qaranlıq dəhlizində bir ad buraxaraq səhnədən sürüşüb getdi.


Tarix: 09.02.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Səlcuqlular
loading...