əl-Fatihə (Kitabı açan) surəsi
.1.
əl-Fatihə (Kitabı açan) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Mərhəmətli, rəhmli Allahın adı ilə!
2.Həmd (şükür və tərif) olsun Allaha2 (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,
3.(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4.Haqq-hesab (qiyamət) gününün sahibinə!
5.Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6.Bizi doğru (düz) yola yönəlt!
7.Nemət verdiyin kəslərin yoluna4! Qəzəbə düçar olmuşların5 və (haqdan) azmışların6 (yoluna) yox!
Tarix: 21.11.2012 / 15:39 Müəllif: [Ram] Baxılıb: 753 Bölmə: Qurani Kerim
loading...