Qadınlar üzərində aparılan araşdırma kişilərin etdiyi və onlardan bir anda soyumalarına səbəb olan davranışları ortaya çıxartdı. Nə qədər yaraşıqlı və cazibədar olursa olsun, bir kişinin özündən soyudan davranışları bunlardır:
1) Hələ yeni tanış olmasına baxmayaraq, görüşdüyü qıza keçmiş sevgililəriylə yaşadığı xüsusi anlarını izah etməsi.
2) Onunla görüşən qadına "zəmanət" gözüylə baxması.
3) Görüşəndə davamlı özünü tərifləməsi.
4) Özünə həddindən artıq və gərəksiz inamı.
5) Tez-tez başqalarını tənqid etməsi.
6) Maddi varlığına çox güvənməsi və görüşdüyü qızı bununla ələ alacağını düşünməsi.
7) Özünə heç güvənməməsi.
8) Yemək yeyərkən gözü heç bir şeyi görməməsi və ədəb qaydalarına riayər etməməsi.
9) Görüşdüyünüzdə passiv dayanması qadını həmin kişidən soyumasına gətirib çıxarır.
Tarix: 10.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qadın dünyası