ABŞ-da LOR (qulaq, burun, boğaz) mütəxəssislərinin keçirdiyi ənənəvi toplantıda aparılan yeni bir araşdırma müzakirə edildi. Tədqiqata əsasən mütəxəssislər üstü açıq və yüksək sürətə malik avtomobillərin karlığa səbəb olduğu qənaətinə gəlmişlər.
Mütəxəssislər bildirir ki, üstü açıq avtomobillə saatda 80-120 km sürətlə hərəkət edən zaman qulaqlar olduqca gurultulu və müntəzəm bir səsə məruz qalır.
Tədqiqata əsasən üstü açıq bir avtomobil saatda 80-100 km sürətlə gedərkən avtomobildəki insanın məruz qaldığı səsin həcmi 88-90 desibelə çatır ki, bu da karlığa səbəb olan 85 desibel limitindən yuxarıdı.
Mütəxəssislər bu kimi hallarda eşitmənin tədricən zəiflədiyini və bunun bir neçə il sonra tamamən karlığa gətirib çıxardığını bildirirlər.
Tarix: 19.01.2015 / 15:54 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Otolorinqologiya