Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allergik rinit

Allergik rinit — burunun selikli qişasının xəstəliyidir, orqanizmin allergenlərə həddən artıq hissiyyatlı (sensibil) olmasıdır.

Allergik rinitin baş verməsində şokolad, kakao, balıq, apelsin, bal, yumurta, çiyələk və s. qida məhsulları əsas rolu oynayırlar. Nəzarətsiz olaraq buruna tökülən damarbüzüşdürücü vasitələr, antibiotiklər və digər dərmanlar allergiya törədə bilərlər.

Bitki tozcuqları burunun allergik iltihabını yarada bilərlər. Məişətdə geniş istifadə olunan kimya məhsulları (yuyucu tozlar, mebel yağları, rənglər, aerozollar), həmçinin, güclü allergendirlər.

Simptomlar və gedişat

Xəstələr zəiflikdən, yorğunluqdan, baş ağrılarından, ürəkdöyünmədən şikayət edirlər.
Tutma burun tutulmasından başlayır, bəzən azacıq hərarət olur, burun qıcıqlanır, dalbadal çoxsaylı asqırmalar olur. Eyni zamanda burundan bol maye axır.

Tutma anında üzün qızarması, gözlərin konyuktiviti, gözyaşartısı, tərləmə olur. Xəstələrdə qulaq "tutulur", onlar küy eşidirlər.
Tədricən burun selikli qişasının şişi azalır, lakin burundan selikli çirk gəlir.

Orqanizmə düşən allergenlər yadcisimlərin əmələ gəlməsinə səbəb olurlar. Təkrar allergen düşəndə damar divarlarını zədələyən allergik reaksiya (yadcisimlərlə allergenlərin birləşməsi) baş verir. Damarlar genişlənirlər, onlardan qanın maye hissəsi keçir, burunun selikli qişası şişir, o leykositlərlə dolur (daha çox eozinofillərlə), selik vəzləri böyüyürlər və seliklə dolurlar.

Diaqnoz

Diaqnoz qoyularkən analizlərin aşağıdakı nəticə və simptomlarına diqqət yetirilməlidir: müəyyən qidaların, dərman preparatlarının, müəyyən iylərin keçilməzliyi, sürəkli asqırmaların qəfil tutması, böyük həcmdə selik ayrılmaları, burunun selikli qişasının şişməsi və bərkiməsi, onun açıq göyümtül rəngi, burun kanallarında maye ayırmaları, qanda çoxsaylı eozinofillərin olması, müsbət dəri-allergen nümunənin olması.

Müalicə

Allergiya törədən qida məhsullarınin qəbul olunmamasına ciddi nəzarət. İnfeksiya ocaqlarının müalicəsi (xroniki tonzillit, dişlərin kariyesi və s.). Buruna 5-7 gün ərzində naftizin və ya sanorin damızdırılır. İynəbatırma və ya novokain mühasirəsi məsləhət görülür. Effekt alınmadıqda buruna hidrokortizon damızdırılır.
Tavegil, suprastin, zaditen və digər antihistamin preparatlardan da istifadə olunur. Vitaminlərdən isə askorbin turşusu və rutin yazılır.


Tarix: 19.01.2015 / 15:53 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Otolorinqologiya
loading...