Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulaq cingildəməsinə diqqət!

Məlumata görə əhəmiyyət vermədiyimiz qulaq cingildəməsi, ciddi xəstəliklərə səbəb olur.
Qulaq, burun, boğaz xəstəliklərində qanazlığı, hipertəzyiq və bəzi şəkər xəstəlikləri mütləq nəzərə alınmalıdır.
Türkiyəli həkim Dr. Dilek Sınmazın sözlərinə görə bunlar qulaq şişlərinin ilk əlaməti ola bilər. Gənclərdə, tək tərəfli qulaq cingildəməsi ilə birlikdə eşitmə itkisi yarana bilər. Buda qulaq şişlərinin ilkin əlamətləri hesab olunur. Zamanla böyüyən qulaq şişləri o bölgədən çıxarıldıqda eşitmə ilə birlikdə üz iflicinə gətirib çıxarır.
Ona görə erkən diaqnoz əhəmiyyətlidir.
Həkimlər uzun müddətli və yüksəksəsli musiqiyə qulaq asmağın fəsadlarından biri kimi qulaq cingildəməsini qeyd edirlər.
Sinirlərə zərər törədən cingildəmə və uğultu zamanla eşitmə zəifliyi yaradır. Buna görə, musiqiyə qulaq asdıqda, bunu yüksək səsli deyil, normal tonda etmək lazımdır.
Çünki, qulaq cingildəməsi olanların əksəriyyətində eşitmə zəifliyi ilə birlikdə depressiya halları da baş verir.


Tarix: 19.01.2015 / 15:49 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Otolorinqologiya
loading...