Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OtolorinqologiyaXroniki tonzillit

LOR: Xroniki tonzillit
| 10 Dekabr 2008 Seçilmiş xəbərlərə əlavə et

Xroniki tonzillit - damaq badamcıqlarının xroniki iltihabıdır. Xəstəlik təkrar anginalar və digər xroniki iltihab xəstəlikləri (rinit, faringit, qaymorit və s.) nəticəsində inkişaf edir. Proses əsasən badamcıqların çökəklərində inkişaf edir. Çökəklərdə bakteriyalar, leykositlər və bəzən qida kütlələri ilə birgə qatılaşan və yığışan epiteliyalar çirkli və ya üfunətli kəsmikvari kütləyə çevrilirlər.

Simptomlar və gedişat

Xəstə adətən badamcıqlar nahiyəsində göynəmə, qıcıqlanma hiss edir, ağızdan pis iy gəlir, udqunmada (bəzən qulağa ötürülən) ağrılar baş verir. Çox vaxt xəstəlik hərarətin uzunmüddətli azacıq qalxması ilə müşaiyət olunur. Prosesin uzunmüddətli gedişatında damaq badamcıqları boşalırlar və yarılırlar.

Şpatellə toxunduqda badamcıq çökəklərindən üfunətli Ardı »

OtolorinqologiyaDəniz suyu sinusit xəstəliyinə qarşı xeyirlidir

Məlumata görə aparılan araşdırmalara nəticəsində dəniz suyu və duzlu suyun sinusitin müalicəsinə kömək etdiyi bildirilir.
Bu xəstəliyin həyat keyfiyyətinə mənfi təsir göstərdiyi verilən məlumatda xüsusi qeyd olunub.
Sinusit xəstəliyinin müalicəsində antibiotiklərdən istifadənin faydalı olduğu bildirilsə də, tədqiqatlara görə dəniz suyu müalicəyə köməkçi vasitə olaraq həyat keyfiyyətini artırır.
Verilən məlumata görə Türkiyənin OMÜ Tibb Fakültəsinin qulaq, burun, boğaz xəstəlikləri sahəsində fəaliyyət göstərdiyi bildirilən Prof. Koyuncu bildirib ki, xəstəliyin qaynağı bakteriya olduğu üçün bu xəstəliyə antibiotik müalicəsi ilə başlamaq lazımdır. Bunun xaricində kortizollu burun spreyləri xəstənin burun tıxanmalarının aradan qaldırılmasında böyük kömək göstərir. Xəstə bu sprey və damlalar sayəsində daha rahat nəfəs ala Ardı »

OtolorinqologiyaQulaq cingildəməsinə diqqət!

Məlumata görə əhəmiyyət vermədiyimiz qulaq cingildəməsi, ciddi xəstəliklərə səbəb olur.
Qulaq, burun, boğaz xəstəliklərində qanazlığı, hipertəzyiq və bəzi şəkər xəstəlikləri mütləq nəzərə alınmalıdır.
Türkiyəli həkim Dr. Dilek Sınmazın sözlərinə görə bunlar qulaq şişlərinin ilk əlaməti ola bilər. Gənclərdə, tək tərəfli qulaq cingildəməsi ilə birlikdə eşitmə itkisi yarana bilər. Buda qulaq şişlərinin ilkin əlamətləri hesab olunur. Zamanla böyüyən qulaq şişləri o bölgədən çıxarıldıqda eşitmə ilə birlikdə üz iflicinə gətirib çıxarır.
Ona görə erkən diaqnoz əhəmiyyətlidir.
Həkimlər uzun müddətli və yüksəksəsli musiqiyə qulaq asmağın fəsadlarından biri kimi qulaq cingildəməsini qeyd edirlər.
Sinirlərə zərər törədən cingildəmə və uğultu zamanla eşitmə zəifliyi yaradır. Buna görə, musiqiyə qulaq asdıqda, Ardı »

OtolorinqologiyaÜzərkən qulağınıza diqqət yetirin

Üzərkən qulağa su düşməsi nəticəsində qulaqda müxtəlif problemlər yarana bilər.
Əgər ağrı, şişmə, tıxanma, xarici qulaq yolu iltihabları və s. əlamətlər olarsa insanda müvəqqəti eşitmə itkisi yarana bilər.

Bunun səbəbi üzmə əsnasında qulağa düşən suyun nəmli bir mühit yaradaraq, bakteriyaların çoxalmasına və iltihaba yol açmasıdır.

Bu şiddətli qulaq ağrılarının yaranmasına gətirib çıxarır.
Ayrıca qulağı barmaqla qaşımağa çalışmaq, qulaq təmizləyəndən istifadə etməmək, digər xarici cisimlərlə qulağı qurdalamaq düzgün deyildir.

Duş və üzmə sonrası qulaqları yaxşı qurulamaq lazımdır. Bu cür problemi olanlar üzmə zamanı qulaq qoruyucularından mütləq istifadə etməlidirlər. Ardı »

OtolorinqologiyaOtalarinqologiyada stomatit

Stomatit — ağız boşluğunun selikli qişasının iltihabı xəstəliyidir. Selikli qişanın zədələnmə dərəcəsindən asılı olaraq səthi — kataral, aftoz, və dərin — xoralı, nekrotik stomatitləri olur.

Stomatitin inkişafında böyük rolu infeksiyalar oynayır.Stomatitin törədiciləri Streptokokklar, stafilokokklar, nadir hallarda viruslar, fuziform spirillası, göbələklər ola bilərlər. Bəzi hallarda stomatitlər bakterial və dərman allergiyalarından törənə bilər.

İnfeksiyanın giriş qapısı ağ boşluğunun selikli qişasıdır, xüsusən də mexaniki zədələnmələrdən sonra. Xəstəliyin törədicisi hava-damcı və ya qida ilə ağız boşluğuna düşür. Ağız boşluğu toxumalarının müqaviməti aşağı olanda çoxalırlar və selikli qişanı zədələyirlər.

Simptomlar və gedişat

Xəstəlik qida qəbulunda ağrılarla müşaiət olunur. İştah düşür, dadbilmə pozulur, tüpürcək ifrazı artır. Dil-dodaq quruyur, dodağın kənarları çatlayır.

Kataral Ardı »

OtolorinqologiyaÜstü açıq maşınlar karlığa səbəb olur

ABŞ-da LOR (qulaq, burun, boğaz) mütəxəssislərinin keçirdiyi ənənəvi toplantıda aparılan yeni bir araşdırma müzakirə edildi. Tədqiqata əsasən mütəxəssislər üstü açıq və yüksək sürətə malik avtomobillərin karlığa səbəb olduğu qənaətinə gəlmişlər.
Mütəxəssislər bildirir ki, üstü açıq avtomobillə saatda 80-120 km sürətlə hərəkət edən zaman qulaqlar olduqca gurultulu və müntəzəm bir səsə məruz qalır.
Tədqiqata əsasən üstü açıq bir avtomobil saatda 80-100 km sürətlə gedərkən avtomobildəki insanın məruz qaldığı səsin həcmi 88-90 desibelə çatır ki, bu da karlığa səbəb olan 85 desibel limitindən yuxarıdı.
Mütəxəssislər bu kimi hallarda eşitmənin tədricən zəiflədiyini və bunun bir neçə il sonra tamamən karlığa gətirib çıxardığını bildirirlər. Ardı »

OtolorinqologiyaQoxu alma problemlərinin müalicəsi

Burun tıxanmalarında müşahidə olunan bütün patologiyalar qoxu almada müəyyən nisbətdə azalmalara səbəb olur. Çünki, deviasion struktur pozuqluqları, alergik problemlər, poliposislər, irəliləmiş sinusitlər kimi bir çox səbəbdən buruna hava keçməsi əngəllənir və nəticədə qoxu almada azalmalar müşahidə olunur.
Burun patalogiyalarında buruna aid xəstəliklərin tamamilə düzəldilməsi qoxu almanı təmin etdiyi üçün bü cür xəstəliklər keçici olur.
Başqa sözlə erkən tədbir görüldüyündə və burunda hava keçməsinə olan maneələr aradan qaldırıldığında qoxu alma problemi qalıcı olmur.
Onuda qeyd etmək lazımdır ki, burun tıxanıqlığı zamanı müstəqil və ani olaraq inkişaf edən qoxu alma problemi və patalogiyalarla bərabər müxtəlif infeksiyalar yarana bilər. Birbaşa olaraq sinir uclarına təsir göstərən bü cür Ardı »

OtolorinqologiyaSəhərlər burun tıxanmasına qarşı nə etməli?

Səhərlər oyandığınız zaman burnunuzda müxtəlif cür narahatlılıqlar, başqa sözlə ifadə etsək burundan normal nəfəs almama problemi və boğaz nahiyəsində qaşınmaya bənzər bir narahatlıq hissi ilə rastlaşa bilərsiniz.
Bu zaman həlli mümkün olan bu problemi həll etmək üçün kiçik bir tədbirə əl atmaq heçdə pis olmaz.
Onuda qeyd etmək lazımdır ki, bu problem havanın quruluğundan qaynaqlanır.
Əgər otağı havalandırmadıqda qapıları bağlı olaraq saxladıqda, bədəni isə olduqca isti bir temperatura öyrəşdirdikdə bu kiçik narahatlıq hissinə səbəb ola bilər.
Həll variantları müxtəlif cür olan bu problemi gecə qızdırıcı üzərinə bir stəkan qaynar su qoymaqla da həll etmək olar. İçinə isə bir budaq adaçayı atmaq Ardı »