Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burun tıxanmaları sağlamlığa təsir edir

Məlumata görə sağlamlıq problemlərinə səbəb olan cəhətlərdən biri burun tıxanmalarıdır.
Xroniki olaraq yarandığından bu həyat keyfiyyətində özünü göstərir. Bəzi insanlarda yorğunluq hissləri və baş ağrılarına səbəb olur.
Onuda qeyd etmək lazımdır ki, ağciyərlərə kifayət qədər təmiz hava girmədiyindən zamanla toxumalara zərər edir.
Bu prosesə soyuqdəymə və ya sinusit kimi xəstəliklər də təsir göstərir.
Xroniki burun çətinliyi olan xəstələrdə ən əhəmiyyətli əlamətlərdən biri isə ağız quruluğudur. Burnun daxili çəpər əyriliyi, adətən zədələnmədən sonra inkişaf edən əyrilik vəziyyətidir. Hamiləlikdə ana qarnında belə, körpənin dönmə hərəkətləri əsnasında burun zədəyə məruz qala bilər, doğum əsnasında və uşaqlıq dövründəki zərbələr isə burun əyriliyinə yol aça bilər. Bu cür insanlarda daha sonra yorğunluq və konsentrasiya çətinliyi də yaranır.
Bunun üçün həkim müayinəsində olmaq və yaxşı müalicə almaq məsləhətdir.


Tarix: 19.01.2015 / 15:49 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Otolorinqologiya
loading...