Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoxu alma problemlərinin müalicəsi

Burun tıxanmalarında müşahidə olunan bütün patologiyalar qoxu almada müəyyən nisbətdə azalmalara səbəb olur. Çünki, deviasion struktur pozuqluqları, alergik problemlər, poliposislər, irəliləmiş sinusitlər kimi bir çox səbəbdən buruna hava keçməsi əngəllənir və nəticədə qoxu almada azalmalar müşahidə olunur.
Burun patalogiyalarında buruna aid xəstəliklərin tamamilə düzəldilməsi qoxu almanı təmin etdiyi üçün bü cür xəstəliklər keçici olur.
Başqa sözlə erkən tədbir görüldüyündə və burunda hava keçməsinə olan maneələr aradan qaldırıldığında qoxu alma problemi qalıcı olmur.
Onuda qeyd etmək lazımdır ki, burun tıxanıqlığı zamanı müstəqil və ani olaraq inkişaf edən qoxu alma problemi və patalogiyalarla bərabər müxtəlif infeksiyalar yarana bilər. Birbaşa olaraq sinir uclarına təsir göstərən bü cür hadisələr bəzi mütəxəssislərin fikrinə əsasən sinir ucu iltihabı olaraq qiymətləndirilir və bu cür patologiyalar onlar tərəfindən keçici qoxu alma xəstəliyi kimi hesab olunmur.
Siqaretdən istifadə edənlərdə də qoxu alma digər insanlara nisbətən az olur.
Bundan əlavə baş nahiyəsində olan nevroloji xəstəliklər, yer tutan sızanaqlar, baş zədəsi kimi patologiyalar qoxu almağa əngəl törədir.
Məhz, buna görə bu cür xəstələrdə qoxu alma problemlərinin müalicəsi ilk növbədə mövcud olan xəstəliklər nəzrə alınmaqla aparılır.


Tarix: 19.01.2015 / 15:49 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Otolorinqologiya
loading...