Məlumdur ki, bir çox cütlük üçün toy gecəsi ailə həyatının ən əhəmiyyətli günüdür və yoldaşlar bir-birlərinə qarşı bu ilk gecədə cinsi səviyyədə nə qədər mehriban və anlayışlı olsalar, xoşbəxt bir evlilik həyatının təməlini atmış olacaqlar. Bu hadisənin bəzən səhv məlumatlar səbəbiylə çox böyüdülməsi və ya bu mövzuda məlumat sahibi olmamaq kişini və əsasən də gənc qızı həyəcanlandırır. Kişi kişiliyini, qız da bakirəliyini sübut etmək vəziyyətindədir. Kişidə, bacara bilməmə qorxusu, qızda da cinsi əlaqədən həddindən artıq ağrı duyma qorxusu var. Günümüzdə toy mərasimləri ərəfəsində bəy və gəlinə sırasıyla sağdış və yengə deyilən köməkçilər tərəfindən ayrı-ayrı cinsi məlumatlar verilir.
Toy gününə qədər ailəsindən cinsi əlaqə ilə əlaqədar hər hansı bir məlumat ala bilməyən gəncə, sanki toy mərasiminin bir parçası olaraq qısa cinsi təhsil verilir. Evlilikdə cinsi əlaqənin normal olduğu vurğulanır. Yerli ənənələrə görə böyüklərin evlilik ilə əlaqədar təcrübə və məlumatları gənclərə izah edilə bilər. Sağduşun bəyin dostlarından xoşbəxt bir ailə qurmuş və ailəsinə bağlı olan birinin seçilməsinə diqqət göstərilir. Yengə isə, gəlin və ya anası və ya gəlinin qan qohumu olan evli bir qadın tərəfindən seçilər. Yengənin də xoşbəxt bir evlilik etmiş olmasına diqqət göstərilər.
İlk gecədə müvəffəqiyyətin açarı cinsi maariflənmədir: Bu gecə heç bir zaman adicə düşünülməməlidir, və evlənən yoldaşlar ilk gecə üçün məlumatlanmalı və diqqətlə hazırlanmalıdırlar. Əslində bir çox gənclər xüsusən gənc oğlanlar bu gecə ilə əlaqəli hər şeyi bildiklərini sanırlar, və kimdənsə bu gecə ilə bağlı məlumat almağı özlərinə yaraşdırmazlar. Xeyr, bu səhv addımdır. Nizamlanmış düzgün seks çox vacibdir. Ola bilər qarşılıqlı olaraq kimdənsə məlumat almaq sizə xoş olmasın, amma bunun başqa öyrənmə şəkilləri də var.
toy günü və toy gecəsi evlilik həyatında mühüm rol oynayır
İlk gecəyə psixoloji hazırlıq
Bəzi gənc qızlar açıqca qorxurlar ilk gecədən. İçlərindən bəziləri var ki sırf buna görə yeməkdən-içməkdən kəsilirlər. Başlarını qurdalayan suallara cavab tapa bilməmənin kədəri içində nə edəcəklərini bilməyən bir halları olur. Kimisi, 'Görəsən yoldaşımı xoşbəxt edə biləcəyəmmi?' deyə düşünər. Kimisi isə 'Çox ağrılı olacaq?' deyə soruşar özü özünə. Bunun kimi müxtəlif suallar narahat edir onları. Bəli, haqlıdırlar. Əslində ilk gecə çox əhəmiyyətlidir. Amma bunun üçün üzüntüyə qapılmamaq lazəmdır. Əgər bu mövzuda məlumat əldə etsəniz, bütün evlilik həyatınızın xoşbəxt keçməsini təmin edəcəksiniz.'
İndiki vaxtda gənc qızların ilk gecə qorxusuna səbəb, əslində məlumatsızlıqdan irəli gəlir.
Bəzi gənc oğlanlar, haram olmasına baxmayaraq ilk cinsi əlaqələrini evlilikdən əvvəl xüsusi pozğunxanalarda yaşamaqdadırlar. Həmən yerlərdə, gənclərə hörmət edilmədən bir an əvvəl işini qurtarmaları tələb olunur. Bununla cavanlarımız sanki pulunu alan qadın tərəfindən təhqirə uğramaqdadır. Hətta bu təhqirlər qarşısında cinsi birləşməyi belə reallaşdıra bilməyən, sərtləşməyə keçə bilməyən oğlanlar da az deyil. Təcrübə qazanmaq istəyən gənc, ömür boyu cinsi əlaqədən soyuya bilər, müxtəlif problemlərlə qarşılaşa bilər. Əslində bu ALLAH'ın nigahsız cinsi əlaqəni haram qılmasına bir səbəb olaraq göstərilə bilər.
Ümumiyyətlə gənc qızlar, ilk cinsi əlaqəyə, qorxulacaq bir hadisə gözüylə baxarlar. Qızlıq pərdəsi deyilən şey necə bir obyektdir? Cinsi əlaqə əsnasında, hələ başlanğıcında necə davranmalıdır? Doğrusu budur ki, bu sırada qorxuları daşıyan tək gənc qız deyil, oğlanlar da müxtəlif duyğular içindədir.
Bu vəziyyətdə yoldaşlar bir-birlərini tamamlamaq və bir-birlərinə kömək etmək məcburiyyətindədirlər. Çox vaxt, kişilərin bu mövzuda böyük məsuliyyətlər daşıdığı deyilir. Bir dərəcəyə qədər bu doğru sayıla bilər. Amma tamamilə də doğru deyil. Çünki məsul olan tək kişi deyil, həmçinin gənc qızdır. Yəni məsuliyyətləri bərabər şəkildə bölüşdürməlidirlər. Gənc qız, onun utancaqlığını artıracaq, əsəblərini pozacaq hərəkətlərdən qaçınmalıdır. Yoldaşına kömək etmək tək kişinin arvadına deyil, qadının da kişisinə qarşı vəzifəsidir.
İlk intim əlaqədə qadını ən çox qorxudan şey, qızlıq pərdəsidir. Halbuki bu son dərəcə sadə bir problemdir... Əksəriyyətlə bu pərdə çox yüngül bir ağrıma duyğusu verərək yırtılır. Pərdə incədirsə duyulan ağrı azdır. Qalındırsa yırtılması bir az daha çətin və ağrılı olur.Amma bunu gözlərdə çox böyütməmək lazımdır. Qızlıq pərdəsinin yırtılışı əsnasında bir az qan da axar. Ancaq bəzi pərdələrdə bu qanın axmaması da mümkündür.
İlk gecə ilə əlaqədar çətinliklər, yalnız qızlıq pərdəsi və bununla əlaqədar problemlər deyil əlbəttə. Əsəbi gərginliyi ilə əlaqədar çətinliklər, bunlardan çox daha əhəmiyyətlidir. Bu gərginliyin meydana gətirdiyi bəzi çətinliklər var, məsələn:
Bir gənc qız, belə qorxu və gərginlik içində olduğu zaman vaginanın ətrafındakı əzələlər dartılır və bu səbəblə vajina yolu digər zamanlardakına nisbətən daha dar bir hala gələr. Bundan başqa, necə ki xalq qarşısında ilk dəfə nitq verməyə çıxan bir kimsənin həyəcandan ağızı quruyursa, eyni şəkildə qorxu və həyəcan içində olan bir gəlinin də vaginasının içi quruyar və sürüşkənlik olmaz. Belə olunca, kişinin cinsi orqanının (penisin) içəri girməsi çətinləşər. Cütlər, bu gərgin halları keçirib yaxşıca sakitləşənə qədər şirin şirin söhbət etmələti və gözləmələri məsləhət olunur. Həyəcanları tamamilə keçib ehtiraslı bir arzu duyduqları zaman təkrar işə başlarlarsa, o zaman vajina ətrafındakı əzələlər boşalar və təbii şəkildə ifrazatla özbaşına sürüşkənləşər. Bu vəziyyətdə cinsi əlaqə çox daha asan və rahat olar. Soğan pərdəsinin cırılması qədər asan və xəbərsiz belə ola bilər.
Gənc qız, gərginlik və həyəcanının asanca keçməyəcəyini düşünürsə, o zaman bir isti su ilə yuyunması çox faydalı olar.
bəy gəlinin üstünə dəli kimi hücum etməsin
Kişiyə gəlincə, ilk cinsi əlaqənin həyəcanı, özünü müvəqqəti müvəffəqiyyətsiz buraxa bilər. Günlərdən və saatlardan bəri bu dəqiqəni və bu anı gözləmiş, bu vəziyyəti çox düşünərək beynini yormuşdur. Həyəcan, və yorğunluq nəticəsində kişi, cinsi orqanının sərtləşmədiyini görə bilər. Kimi kişi bu vəziyyət qarşısında dəhşətə düşər. Bu vəziyyətdə yetkin və anlayışlı bir qadının edəcəyi tək şey, ərinə olduqca yaxşı davranmaq, könül alıcı şeylər söyləmək, işi zarafata vurmaq və bunun sırf, o ana xas, keçici bir şey olmasını və əhəmiyyətinin olmadığını ifadə edərək, onun özünə təkrar etibarını qazanmasını təmin etməyə çalışmaqdır.
Əslində belə bir vəziyyətə düşməyi önləmək üçün yoldaşlar, daha yataq otağına girər-girməz cinsi əlaqəyə girməkdən qaçınmalıdırlar. İkisi də bir müddət oturub istirahət etməli, söhbət etməli, bəzi oynaşmalarla özlərini buna hazırlamalıdırlar. Nə vaxt arzu və ehtiraslarının əməlli-başlı oyandığını hiss etsələr, o zaman yatağa girməlidirlər. Əgər bədən və sinirləri əməlli-başlı yorğundursa, buna görə içlərində gerçək bir arzu duymurlarsa, ilk cinsi əlaqəni ertəsi axşama buraxmaq ən yaxşı yoldur. Ayrıca bu da xatırlanmalıdır ki, yoldaşlardan biri istəksiz ikən edilən cinsi əlaqə heç də zövq verici və təmin edici deyil.
zifaf gecəsi bəy və gəlin diqqətli olsun
İlk gecədə cinsi əlaqədən əvvəl Sevgi'yə əhəmiyyət verilməlidir:
Qadın, sırf cinsi əlaqə üçün cinsi əlaqədə olmaz, sevgidən irəli gələn bir cinsi əlaqədə olar, kişi isə sırf cinsi əlaqə üçün sevgi ilə əlaqəsi olmadan bu əməli törədə bilər.
Sevgisiz cinsi əlaqə, qadın üçün bir işgəncədir. Halbuki kişi quruluşu tam fərqlidir. Kişi üçün sevgi başqa mövzu, cinsi əlaqə başqa mövzudur. Heç sevmədiyi bir qadınla da cinsi doyum uğruna yata bilər. Qadının vəziyyəti isə fərqlidir.
Kişi hər şeydən əvvəl qadın bədəni ilə qadın ruhunu yaxşı tanımalıdır. Qadınlar müəyyən bir xarici təsir olmadan cinsi cəhətdən çox oyanmazlar. Bu baxımdan kişi, əvvəl bəzi davranışlarıyla başlamalı, yoldaşında az çox da oyanış gördükdən sonra yaxınlaşmalıdır. Bu sırada sözdən çox nəzakətli və sevgi dolu hərəkətləri ilə qadını qazanmağa çalışmalıdır. Qadınların bədəninə yaxınlaşmadan əvvəl onların ruhlarının dərinliklərinə enmək çox əhəmiyyətlidir.
Bir nümunə verək. Kişi, özünə düşmən olduğunu bildiyi, amma cinsi istiqamətdən cazibədar tapdığı bir qadını imkan tapsa qoynuna alar, öpər, oxşayar və arzularını bu qadının üzərindən təmin edər. Qadın ancaq bəyəndiyi, xoşlandığı kişi ilə birləşdiyi zaman gerçək həzzi dada bilər.
Gənc qızın ilk birləşmədə orgazma çatmasını da gözlənməməlidir. Qadınlar evliliklərinin ilk günlərində cinsi yaxınlaşmağı ümumiyyətlə bir vəzifə duyğusu içində edirlər. Kişi, yoldaşının soyuqluğundan qorxmamalıdır. Bu vəziyyət ötəridir. Qadınların əksəriyyəti uzun bir müddət sonra cinsi zövqə çatarlar. Cismi və ruhi cəhətdən sağlam olan bir qadının cinsi əlaqəyə qarşı soyuq olacağı düşünülə bilməz.
İlk gecədə bəyin həyəcanı:
Bir çox oğlanlar da ilk gecədə gəlinlər qədər həyəcanlıdırlar. Bu onların təcrübəsizliklərindən irəli gəlir bəlkə də. Bəlkə də sevdikləri, saydıqları, həyat yoldaşı olaraq gördükləri qadına ilk olaraq bu qədər yaxınlaşmanın verdiyi həyəcandan irəli gəlir. Böyük bir həyəcan hətta utancaqlığa səbəb ola bilər. Gəlin bu ilk gecədə yumuşaq xasiyyətli, uyğun və anlayışlı davranaraq oğlana köməkçi olmalıdır.
İlk gecə səhvləri və xurafatları:
Bəzən birləşmə olduğu halda yoldaşından qan axmadığını görən kişi dərhal onun namusundan şübhə edə bilər. Bu da bəzən cinayətlərə səbəb ola bilər. Kişinin qəti bir qərara gəlmədən əvvəl yoldaşına heç bir şəkildə hiddət göstərmədən vəziyyəti bir həkimlə danışması ən uyğun yoldur. Çünki yarı bakirə deyilən qadınlar var. Bu tip qadınlarda penis, pərdəni cırmadan vajinaya girə bilər. Çünki pərdənin şəkli çox dəyişikdir, ortası tamamilə açıqdır. Bu kimi qadınlarda bir həkim müdaxiləsi olmazsa doğuma qədər bakirəlikləri davam edə bilər. Əlavə olaraq vajina girişi geniş, pərdələri dar və çox elastik olanlarda saysız birləşmələrə baxmayaraq qanama görülməz. Bu vəziyyətlərdə qadına pis davranmayaraq bu vəziyyəti tibbi olaraq həll etmək daha məsləhətlidir.Tibbi araşdırmalar etmədən namuslu qadına böhtan atan və açıqca günahlandıran kişi, tibbi araşdırma nəticəsində gəlin qız çıxarsa (İslam Hüququna görə) böhtan cəzası olan 80 çubuğu haqq edər.
Rüsvayçılıq:
Bəlkə də kimiləri bu mətni ölkəmizin adət ənənələrinə qarşı gəlmə olaraq görə bilər. Amma heç də elə deyil. Əslində bu vəziyyət mədəniyyətdən də uzaq qalır sanki. Çox pis bir ənənəmiz mövcüddur. Bilmirəm bunu adət ənənə çərçivəsi daxilinə almaq nə qədər doğrudur! Söhbət yengələrdən gedir. Oğlan və qız evi tərəfindən təyin olunan bu Yengə xanımlar o ilk gecədə içəridən gələn bir xəbəri gözləyirlər. Bu vəzifələrini bitirdikdən sonra da oğlan evi tərəfindən onlara müxtəlif mükafatlandırma olur. Bu mükafatlandırma pul vəya başqa hədiyyələrlə ola bilər. Və ya hər ikisi də bir yerdə ola bilər.
İslami baxımdan ər-arvad arasında gizli qalmalıdır həmən o qanlı çarşaf. Qapıda qanlı çarşaf gözləyən namus gözətçiləri (!), gəncləri narahat etməkdədirlər. Tələsmə və gözlənililmə narahatlığı, gəncləri psixoloji təzyiq altına almaqdadır və asan iş çətinləşməkdədir. Bütün bunlar göz önünə gətiriləcək olsa, kişinin də qadının da ətrafın da ilk gecə çox diqqətli və anlayışlı olmaları lazımdır.
Gənclər, analar və atalar! Əsla bu əxlaqsız davranışa cəhd etməyin və icazə də verməyin.
Belə bir təzyiq və idarə altındakı cinsi əlaqədən gözlənilən nəticə alına bilməyincə, gəlin, kürəkən və digər qohumlar arasında kədərli və incidici hadisələr və lazımsız döyüşlər meydana gəlməkdədir.
Sevimli Peyğəmbərimizin yoldaşlar arasındakı cinsi mövzuların açıqlanmaması haqqındakı əmrlərindən biri də belədir:
'Qiyamət günü ALLAH qatında insanların ən şərlilərindən biri də yoldaşıyla sevişib əlaqədə olduqdan sonra, ailə sirrini (cinsi davranış xüsusiyyətlərini) aşkar edəndir.'
Nəticə olaraq; ilk gecənin gizliliyi gəlin və kürəkən arasında qalmalıdır. Qanlı çarşaf kimi səhv və İslam xarici ənənələr ortadan qaldırılmalıdır. Lazım görülsə, kürəkən özü işi böyütmədən həll etməlidir. Qız, təmiz çıxdığı zaman bir ömür boyu arvadına qarşı xəcalətli olmaması baxımından kişi, işi səs-küyə vermədən qarşılıqlı danışaraq bir-birlərinə şübhə ilə baxmadan, nəzakət və hörmətlərini pozmadan həkimə birlikdə gedib işi şirinliklə həll etmələri daha uyğundur.
Hörmət, qorxu ilə qazanılmaz, sevgi ilə qazanılar. Sevgi ilə qazanılan hörmət, insanı xoşbəxt edənidir.
İlk Cinsi Birləşmə Və Nəticələri:
İlk gecə və cinsi birləşmə üçün yoldaşlar, psixoloji və cinsi məlumatlar cəhətdən hazırlanmalı, məlumatlandırılmalıdırlar. Nə qədər zamandır xəyalini qurub dörd gözlə gözlədiyiniz bu işi reallaşdırmaq üçün tələsik etmənizdən təbii bir şey ola bilməz. Sizi narahat olduran nöqtələri bir an əvvəl təhlil edib geridə buraxmağı istəmək də təbiidir. Neçə zamandır başınızı qurdalayan 'görəsən'lərə bir an əvvəl həll tapmaq üçün səbirsizlənməkdən daha təbii bir şey də ola bilməz.
İnsan cinsi birləşmə mövzusunda nə qədər çox şey eşitmiş ya da oxumuş olursa olsun, bu hadisədə öz bədəni, öz mənliyi iştirak etdiyi zaman iş tamamilə dəyişər.
Gənc bir tibb bacısının belə etirafı var: 'Evlənmədən əvvəl çox şey bildiyimi sanırdım. Anatomiya oxumuşdum məktəbdə. Doğum şöbəsində işləmişdim. Bir çox müzakirə də dinləmişdim. Ancaq cinsi əlaqədə olan adam mən olduğum zaman vəziyyət tamamilə fərqli oldu.'
Qadın, ilk cinsi birləşməsində böyük ehtimalla orqazm olmayacaq. Kişinin tipik reaksiyası, çox tez orgazm olaraq erkən boşalmaqdır.Yeriməyə yeni başlamış bir uşağı misal gətirək. Addımlamaq istəyəndə, səndələyər, yıxılar, qalxar yenə səndələyər, kədərlənər, yenə sınayar. Və sonunda yeriməyi bacarar.
Yeni evlənən cütlərin əksəriyyəti bir-birlərinə öyrəşməlidirlər. Bir-birlərinin nəyi sevib sevmədiklərini, bədənlərinin ritmini öyrənməlidirlər. Sarılmaq, oxşamaq, sevmək, şirin, ümidləndirici sözlər pıçıldamaq, lazımdır. Unutmayın bu ilk gecə yalnız bir başlanğıcdır,prelüdiyadır.
Tarix: 31.03.2015 / 18:40 Müəllif: Aziza Baxılıb: 637 Bölmə: Maraqli Melumatlar