Kişilər diqqət!
Bu səhvləri edirsinizsə, qadınınız sizdən soyuya bilər. Hətta bu səhvlər müalicə tələb edə bilən cinsi istəksizliyə və bədbəxt bir cinsi həyata qədər apara bilər.
Baxımsızlıq
Kişi çox içki içirsə və ya siqaret çəkirsə, pis, hətta dözülməz bir qoxu yayırsa, gigiyenik təmizliyinə əhəmiyyət vermirsə qadın bundan narahatlıq hiss edə bilər, zamanla ona toxunmaq və seks etmək istəməyə bilər.
Davamlı qısqanclıq
Qadına qarşı həddindən artıq sahiblənici və qısqanc rəftarlar göstərmək bəlkə ilk vaxtlarda yaxşı bir təsir bağışlaya bilər. Ancaq kişinin həddindən artıq müdaxiləçi rəftarları hardasa romantik şiddətə çevrilmişsə, qadında mənfi bir rəftara səbəb ola bilər.
Təzyiq etmək
Qadının da kişinin də ayrı bir dünyası vardır. Əgər kişi öz dünyasını təzyiqlə qadına qəbul etdirməyə səy edirsə sonunda iki dünya vuruşacaq... Kişi qadının təbiətini anlayışla qarşılamalıdır , hər kəsin öz hekayəsi olduğunu və dünyanı fərqli - fərqli qəbul etdiyini qəbul etməlidir. Təzyiq davamlı sürərsə, qadın qətiliklə psixoloji reaksiyasını ortaya qoyaraq, zamanla soyuya bilər.
Rəftarın, münasibətin dəyişilməsi
İlk aşiqlik dövründə kişinin qadına qarşı göstərdiyi nəzakətli, ilıq və mehriban rəftarın dəyişməsi, qadına qarşı köhnəsi kimi maraq və diqqət göstərməməsi, qadını itirmənin "kəsə yolu" deməkdir. Hər şeydə olduğu kimi əlaqələrdə də sabitlik əhəmiyyətlidir. Bu səbəblə əlaqənin müddəti və şərtləri nə olursa olsun, kişi də qadın da qarşılıqlı maraq və hörməti canlı tutmaq məcburiyyətindədir.
Mənəmlik
Eqoizm bir insani ehtiyacdır. Ancaq həddindən artıq eqoizm, hər zaman diqqət mərkəzində olmaq istəyi çətinlik yaradan bir durumdur. Çünki bu xüsusiyyət anadangəlmə qadına məxsusdur... Kişinin özünü zorla diqqət mərkəzində saxlamaq istəyi sonunda mənfilikləri qaçılmaz edir.
Tələsgənlik
Qadınlar, cinsəllik başda olmaqla bir çox mövzuda kişinin tələsgən rəftarından narahat olurlar. Halbuki unutmaq olmaz ki, əlaqə, iki fərdin arasında yaşanan, səbri və hörməti tələb edən bir müddətdir.
Tələsik qərar verən, öz istəyinə yönələn və tələsik cinsəllik yaşayan bir kişi, bir müddət sonra qadında balanssız bir ruh halına səbəb ola bilər. Xüsusilə söz mövzusu olan qadın olunca, qarışıq bir ağıl və balanssız bir həyat yoldaşı , qadın üçün heç də arzuolunan deyil.
Əlaqəni monotonlaşdırmaq və uzun müddət seks etməmək
Uzun müddət cinsi əlaqədən və cinsi xəbərdar edilmələrdən uzaq qalmaq cinsi istəyi azalda bilər. Cinsi əlaqə həmişə eyni, sabit və fantaziyadan məhrumdursa cütlər zamanla bir-birindən uzaqlaşa bilər. Bu səbəblə kişilər istəməsələr belə həyat yoldaşlarına toxunmalı və erotik masaj etməlidirlər. Bu hökmən seks edəcəkləri mənasını verməz, amma qadının soyumasını önləyər.
Qadının istəmədiyi davranışlarda israr etmək
Evlilikdə və ya da əlaqədə anlaşılmazlıq varsa cinsi problemi də özüylə gətirə bilər. Xüsusilə qadının istəmədiyi davranışlarda israr etmək, qadını hirsləndirər və hirsli qadın zamanla həyat yoldaşından soyuya bilər.
Cinsəl performans israrı və penis-vagina birliyinə fokuslanmaq
Cinsəllik, ruh, bədən və zehin üçbucağında yaşanılan bir müddətdir. Yəni cinsəllik çox ölçülü bir anlayışdır. Bu ölçülərin çatışmazlıqları ilə yaşanılan cinsəllik, qadın və kişidə cinsi sağlamlıq problemlərinin ortaya çıxmasına səbəb ola bilər.
Seksi yalnız penisin vaginaya girməsi ilə məhdudlaşdırmaq, cinsəlliyin yalnız nəsilin davamına istiqamətli olmasına yönəlmiş bəzi mühafizəkar fikirlərlər də qadınları qane etmir .
Cinsəlliyin sevgi, hörmət və etibarla birlikdə yaşanması lazımdır. Bunun əksinə olarsa, qadın və kişidə yaş artdıqca, ya da bir xəstəlik vəziyyətində, yaşamaları lazım olan yaxın əlaqələrdən və ya sevgi paylaşmalarından məhrum olmağa səbəb ola bilər.
Cütlər bir-birlərindən uzaqlaşaraq cinsi həyatlarını sonlandıra bilərlər. Halbuki penis-vagina birliyinin olmadığı dönəmlərdə cinsi həyatlarında toxunuş, sevgi və güvən duyğularının olması cütləri daha çox bir-birinə yaxınlaşdıra bilər.
Qadının bədənini bəyənməmək
Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verirlər. Bədənlərini bəyənməyən qadınlar partnyorlarının dünyagörüşünü öz gözlərindəymiş kimi hiss edərlər. Bu səbəblə kişi kompliment demədiyində, bəyəndiyini və arzuladığını qadınına hiss etdirmədiyində, qadın zamanla özünə inamını itirər və cinsi baxımdan soyuq bir hala gələ bilər.
Tarix: 22.11.2014 / 23:07 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Maraqli Melumatlar