İnsanda seksual təzahürlər dərhal üzə çıxmır, orqanizm bunun üçün yetişməlidir. Kişilərdə cinsi yetişmə adətən 14-16 yaşlarında başlayır və 18-20 yaşlarında tamama çatır..Qadınlarda bu göstəricilər müvafiq olaraq 12-13 və 16-18 yaşdır. Deməli 20 yaşlı kişi və 16-17 yaşlı qadın cinsi həyat üçün münasib dövrə qədəm qoymuş olurlar və bu yaşdan başlayaraq ailə qura bilərlər. Qadın və kişi orqanizmləri arasında keyfiyyət, miqdar fərqləri və digər fərqlər mövcuddur.
Başlıca keyfiyyət fərqlərinə insanın cinsiyyət sisteminin quruluşu, enerjinin bədəndə dövr etmə xüsusiyyətləri və orqanizmin funksiyaları aiddir. Kişi və qadın orqanizmlərinin cinsiyyət sistemləri arasındakı fərq digər keyfiyyət və miqdar fərqlərinə səbəb olur və qametaların cinsini (xayalıq və yumurtalıqlar); hormonal cinsi (androgenlər və ya estrogenlər), morfoloji fərqləri (bədənin formaları və orqanizmin funksiyaları) müəyyən edir.
Yuxarıda göstərilmiş «daxili» fərqlər «xarici» fərqlərə — insanın şəxsi davranışına, digər adamlara qarşı münasibətinə və tələbatlarına, məişət və intimual tələbatlarına) təsir göstərir. Nəticədə insan özünü kişi və ya qadın cinsinə aid edir, müvafiq tərbiyə alır, özü üçün cinsi tərəf — müqabil seçir və müvafiq cinsi rolu oynayır.
İndi isə normal seksuallığın əsas təzahür formalarını sadalayaq.
Kişilərdə bu əlamətlər: cinsi meyli (libido), tənasül alətinin (penis) qanla dolması və dikəlməsi (ereksiya), sperma atması (eyakulyasiya), cinsi şəhvətin və həzzin zirvəsi (orqazm).
Cinsi meyldə bir necə əsas ünsür seçilir: seçim (cinsi meylin obyektinin seçilməsi və onun təmin edilməsi uşulu), iradi komponent (kişi öz cinsi ehtirasını nə dərəcədə təmin etmək istəyir) və nəhayət bioritmoloji komponent (toxumun toplanması və boşaldılmasını ehtiva edir).
Tənasül alətinin qanla dolması, yəni ereksiya — elə bir energetik hadisədir ki, kişi orqanizmini enerjinin müəyyən növünü yaratmağa vadar edir, orqanizmdə enerjinin müəyyən dövranetmə trayektoriyasmı «cızır». Bu hadisənin zahiri ifadəsi — tənasül alətinin qanla dolması, dikəlməsidir. Bu energetik mexanizm nə qədər yaxşı işləsə, cinsiyyət üzvünün (penisin) toxumaları bir o qədər möhkəm olar.
Üçüncü əsas təzahür — eyakulyasiya, yəni, sperma püskürməsi, daha sadə desək, toxumun ifrazatıdır. O bir sıra fizioloji mexanizmlərin ardıcıl surətdə işə düşməsi sayəsində yaranır: ereksiya; tənasül aləti başcığını qıcıqlandıran sürtünmə hərəkətləri; tənasül aləti müəyyən qıcıqlanma həddinə çatdıqda müvafiq mexanizmin işə düşməsi nəticəsində yığılan əzələlərin spermanı toxum kisəsindən sidik kanalına və oradan xaricə itələyiquo;istəyən» insan (ruh və ya şüur) haqqında informasiya göndərilir, həmin informasiya yalnız ona məlum üsulla yumurta hüceyrəsinə daxil olur və insan orqanizminin holoqrafık modelinin dolğun təsvirini ona ötürür.
Kişi şüurunun bu sirli məkan qatlarına sirayət etməsi güclü şəhvət dalğası şəklində üzə çıxır. Bunun ardınca kişidə yaranan güclü nəfəs (orqazm) gələcək insanın ruhunu məkani kanalla qadının uşaqlığına «itələyir». Bundan sonra hər şey bağlanır və əsrarəngiz duyğu yoxa çıxır.
Qadınlarda əsas intimual təzahürlər: cinsi meyl, oyanma (erogen zonaların, klitorun şövqləndirilməsi nəticəsində), cinsiyyət yollarının nəmlənməsi, regenerativ mayenin ifrazı və nəhayət orqazm.
Qadının cinsi şövqünün (meylinin) özündə də üç başlıca komponent seçilir: seçim, iradi komponent və bioritmoloji komponent.
Erogen zonaların cinsi oyanması xüsusi energetik hadisədir. Onun nəticəsində qadın orqanizmində dövr etməyə başlayan enerji cinsi aktın normal keçməsi, mayalanma və döl bağlama üçün son dərəcə zəruridir. Cinsi oyanma nəticəsində qadının cinsiyyət orqanlarına bol qan axını başlayır, uşaqlıq yolu vəzi hüceyrələrinin hazırladığı şirə — xüsusi «sürtkü yağı» ifraz olunur.
Cinsi oyanma və cinsiyyət orqanlarının nəmlənməsi onu göstərir ki, qadın cinsi akta başlamağa — kişinin tənasül alətini (penisini) öz uşaqlıq yoluna qəbul etməyə hazırdır.
Qadının cinsi akt prosesi uşaqlıq yolunun daxilində baş verən təkanvari və digər hərəkətlərdən doğan şəhvət və həzz hissinin getdikcə artması ilə xarakterizə edilir. Bu həzz duyğusu müəyyən həddə çatdıqdan sonra qadının şüur səviyyəsini keyfiyyətcə dəyişir ki, bu da orqazm formasında təzahür edir.
Kişi orqazmı kimi qadın orqazmı da mürəkkəb hadisədir. Onun da öz xarakterik xüsusiyyətləri var. Qadın şüurunun səviyyəsinin dəyişilməsi onu göstərir ki, orqazm zamanı o, dərin və qüdrətli məkani qatlara «dalıb».
Qadın bu məqamda elə bir özünəməxsus «kanala» çevrilir ki, onun vasitəsilə, bizə hələ də sirr qalan çoxölçülü məkanlardan bizim dördölçülü dünyamıza güclü enerji axır. Bu enerjinin qadın orqanizmindən keçməsi nəticəsində onun cinsiyyət orqanlarında xüsusi regenativ (bərpaedici) maye əmələ gəlir.
Qədim müşahidələrə görə, regenativ maye güclü müalicəvi xassələrə malikdir, qadınları, eləcə də kişiləri cavanlaşdırır, onların ömrünü uzadır.
Tarix: 25.11.2014 / 12:46 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: Maraqli Melumatlar