Uşaqlar üçün prezervativ istehsalına başlanıldı
Seks(18+)
12-14 yaşlı uşaqlar daha çox sekslə məşğul olmağa başlayıblar
İsveçrədə hökumətin dəstəyi ilə Gənclik və Uşaq Federal Komissiyası 12-14 yaşlı 1480 uşaq arasında araşdırma aparıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, araşdırma 12-14 yaşlı oğlan və qız uşaqlarının 1990-cı illərlə müqayisədə daha çox cinsi əlaqədə olduqlarını üzə çıxarıb.
O da məlum olub ki, hazırda istehsal edilən prezervativlərin həcmi böyüklər üçün hesablandığından, 12-14 yaşlı oğlanlar qızlarla cinsi əlaqə zamanı ondan istifadə etməkdə çətinlik çəkirlər. Bu qrup oğlan uşaqları üçün nisbətən kiçik prezervativlərə ehtiyac var.
12-14 yaşlı uşaqların cinsi əlaqə zamanı kifayət qədər qorunmadığı üçün hökumət özəl şirkətlərə uşaqlara prezervativ istehsalına başlamağı təklif edib. Artıq “Lamprecht AG” şirkəti belə prezervativlər istehsal edib və onları martın 5-dən apteklərdə əldə etmək olar. “Hotshot” adlı prezervativ hər qutuda 6 ədəd olmaqla satılır və qiyməti 4 avrodur.
Məlumat üçün deyək ki, İsveçrə qanunlarına görə, yetkinlik yaşı 16 yaş sayılsa da, cinsi əlaqəyə girənlər arasında 3 yaş fərq olanda onlara heç bir cəza verilmir.
“Lamprecht AG” şirkəti bununla bağlı yaydığı açıqlamada bildirib ki, onlar İngiltərə bazarına daha çox ümid bəsləyirlər.
Qeyd edək ki, İngiltərə azyaşlı uşaqların ən çox sekslə məşğul olduqları və azyaşlı qızların ən çox hamilə qaldığı ölkədir.
Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqli Melumatlar