Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seksdən imtina (18+)

Seksdən imtina etmək üçün səbəb çoxdur: yorğunam, başım ağrayır, səhər tez oyanmalıyam və.s . Əslində isə seks özünə güvəni artırır və baş ağrısını müalicə edir. Seksdən imtina etməmək üçün 9 səbəblə tanış olaq.

1. Mənə gözəllik bəxş et!
Həyat yoldaşınla münasibətiniz yaxın olduğu zaman anlayırsan ki, onun yataqda ən son düşündüyü sənin mükəmməlliyindir.. Seksdən sonra güzgüdə özünə bax. Əmin ol ki, əksin dəyişəcək. “Seks özünə əminliyi artırır” – “Sekslə düşün “ (Cenni Her) kitabında bu haqda yazılır.
Edinburq mərkəzi xəstəxanasının araşdırmaları göstərir ki, həftədə ən azı 3 dəfə sekslə məşğul olan insanlar 10 il cavan görünür. Çünki seks zamanı estrogen hormonu ifraz olunur, bu da saçları parlaq, dərini isə hamar edir.cinsi əlaqə,orqazm,seks ekstaz

2. Yaxınlığa doğru

Qadınlar yalnız qəlb yaxınlığı olduqda seksdən zövq alır. Lakin gözləmə ki, partnyor öncə hisslərini təzahur etdirəcək. Söhbətə özün başla. Yanaşı uzanıb ürək dolusu söhbət etmək ən yaxşı başlanğıc ola bilər.

3 İşgüzarlar üçün

Vacib çıxış zamanı sekslə məşğul ol, bütün həyəcan aradan götürüləcək. Şotlandiyada Peysli Universitetinin araşdırmaları sübut etdi ki, səhər sekslə məşğul olanlar işdə digərlərinə nisbətən daha sakit olurlar və fikrini bir yerə cəmləməyi rahat bacarırlar. Təcrübədən öncə sekslə məşğul olanlar stressə daha az məruz qalırlar. Onların təzyiqi də normal olur. Çünki seks zamanı qana sakitləşdirici oksitosin hormonları buraxılır.

4. Ağrının dərmanı

Yəqin ki, gineqoloqlar çox deyiblər ki, ərə get və sağlamlıqla bağlı problemlərin aradan qalxacaq. Bu sözdə həqiqət var. Orqazmdan sonra faqositlərin (ağ qan hissəcikləri) sayı artır. Məhz onlar orqanizmin qoruyucu funksiyasını təmin edir, xərçəng hüceyrələrini öldürür və viruslarla mübarizə aparır.

Seks immuniteti də gücləndirir. Bəzi mütəxəssislər hesab edirlər ki, həblərə nisbətən orqazm miqren ağrılarını azaldır və menstrual ağrıları da aradan qaldırır.

5. Ağılla hərəkət et.

Seks İQ səviyyəsini artırır. Perri Barlett – Avstraliya Kvinslend institutunun alimi deyir ki, qaçış və seks orqanizmdə yeni beyin hüceyrələrinin yaranmasında birbaşa əlaqəlidir. Bu da insanda iş qabiliyyətini artırır və bir çox xəstəliklərin qarşısını alır.

6. Mehriban olaq

Oksitosin hormonu bizi mehriban edir. Orqazm ən qapalı qadını belə mehriban edir. Sakit və gülərüz qadına çevrilirsən. Məlum olub ki, ayda 3 dəfədən az sekslə məşğul olanlar digərləinə nisbətən az xoşbəxtdirlər.

İntim yaxınlıq – sizin seksual və özünə əmin olduğunuzu sübuta yetirir.

7. Yataqda səhər yeməyi

“Seks – fitnes və pəhrizi bir araya gətirir” – bu sözləri bir çox həkimlər deyir. Seks endorfinin miqdarını artırır, depressiya riskini aşağı salır. Əgər qadın pəhriz saxlayırsa, onun seksə olan tələbatı artır. Adətən emosional çatışmamazlığı şirniyyatla aradan götürürlər, lakin seklə də piylərin əriməsi mümkündür.

8. Sakitlik, yalnız sakitlik

Orqazmdan sonra qana prolaktin ifraz olunur. O, ehtiras zamanı qanda yaranan dofamin hormonunu zəiflədir. Bir hormonun digəri üzərində qələbəsi insana doyma və məmnunluq hissi bəxş edir. Lakin bu hiss yalnız “vaginal seks” zamanı baş verir. Masturbasiya ilə müqayisədə məhz vaginal seksdən sonra prolaktinin miqdarı 4 dəfə artır.


9. Sağlam yuxu
Əgər kişi yuxusuzluqdan əziyyət çəkirsə, intensiv seks bu problemi aradan qaldıracaq. Kişilərin 80%-i seksdən sonra tez yuxuya gedir. Çünki seksdən sonra qanda heyvani nişastanın - əzələləri qidalandıran qlikogenin miqdarı azalır. Onun çatışmamazlığından insan özünü yorğun hiss edir. Kişilərdə əzələ kütləsi qadınlara nisbətən çox olduğuna görə onlar seksdən sonra yorulurlar.


Tarix: 31.03.2015 / 18:26 Müəllif: Aziza Baxılıb: 381 Bölmə: Maraqli Melumatlar
loading...