Saçlar şampuna öyrəşir - Əfsanə
Bir şampunun saçlara düşüb-düşməməsi deyə bir şey yoxdur. Parlaq saçlar üçün onları təmiz yumaq lazımdır. Həftədə bir dəfə isə yağlı saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etmək olar.
Limon dərini və saçları ağardır - Düzdür
Bu o demək deyil ki, hər gün dərini və saçları limonla yumaq lazımdır. Amma unutmayın ki, limon dərini də, saçı da qurudur. Eyni təsiri çobanyastığı da göstərir. Amma əks təsir göstərmədən.
Dodaq boyası vərdiş yaradır - Əfsanə
Çatlayan, quruyan dodaqlar üçün olan bəzi balzamların tərkibindəki komponentlər qurudur. Buna görə də onlardan müntəzəm istifadə etmək lazım gəlir. Amma olar heç bir vərdiş, asıllıq yaratmır. Tez-tez bu pomadaları dəyişmək olar. İndi mağazalarda vazelin, şi yağı olan və qış üçün ideal variant hesab edilən dodaq parıltıları satılır.
Tarix: 16.04.2015 / 14:46 Müəllif: Aziza Baxılıb: 309 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri